Xəbərlər ::

İDMAN :: "Tottenhem"in baş meşqçisi en yaxşı oldu

20-10-2015 00:48

"Qarabağ"ın "Avropa Liqasının qrup merhelesindeki reqibi "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettino öten ay Premyer Liqanın en yaxşı baş meşqçisi seçilib.

 

Qol.Az-ın melumatına göre, argentinalı mütexessis öten ayın komandası üçün fantastik keçdiyini bildirib:"Bu, tekce menim üçün deyil, bütün komanda üçün önemlidir. Beli, mükafat en yaxşı baş meşqçiye verilir, ancaq bunda bütün komanda üzvlerinin ve azarkeşlerin emeyi var. Öten ay komanda üçün fantastik keçdi. Premyer Liqada "Sanderlend" ve "Kristal Palas" üzerinde qelebeler qazandıq. Lakin en yaxşı meşqçi seçilmeyimde "Mançester Siti" üzerindeki qelebenin mühüm rolu oldu".

 

Qeyd edek ki, "Tottenhem" sentyabr ayında Avropa Liqasının qrup merhelesinde evde "Qarabağ"a 3:1 hesabı ile qalib gelib.


Oxunub 254 defe