Xəbərlər ::

SOSİAL :: Enerji içkileri orqanizmde ciddi fesadlar yaradır - XEBERDARLIQ

20-10-2015 14:25

“Enerji içkileri uşaq ve yeniyetmeler üçün xüsusile tehlükelidir”...

“Günde bir banka enerji içkisi qebul eden şexs bir müddet sonra hemin effekti ala bilmir ve dozanı artırır”...

“İdmançıların enerji içkilerinden istifadesi ağır fesadlara sebeb ola biler”...

“Azerbaycanda enerjili içkilerin istifadesine mehdudiyyet qoyulmalıdır”...

“Spirtli içki ile yanaşı enerji içkilerinin qebulu ürek-damar xesteliklerine, insulta sebeb ola biler”...

 

Bu fikirleri APA TV-de yayımlanan “Sosium” proqramının qonağı, İctimai Sehiyye ve İslahatlar Merkezinin eksperti Nabil Seyidov deyib.

 

Ekspert enerji içkilerinin terkibinde insan orqanizmine tesir eden maddeler barede melumat verib: “Bu maddelerden insan orqanizmine en çox tesir eden kofeindir, ikincisi şekerdir, daha sonra ise bitki menşeli müxtelif maddelerdir. Müxtelif içkilerde onların hem terkibi, hem de dozaları tamamile ferqli olur. Bezi içkiler nisbeten tehlükesiz olsa da, böyük ekseriyyeti doğrudan da tehlükelidir. Qerb ölkelerinde ve ABŞ-ın bezi ştatlarında bu cür içkilerin üzerinde hamile qadınların ve azyaşlı uşaqların istifadesi ile bağlı xeberdarlıq var. Bu ölkelerde hekimler terefinden geniş maariflendirme proqramları aparılır. Son bir neçe il erzinde ABŞ-da enerjili içkilerinden zeherlenme sebebli iki min uşaq hospitalizasiya olunub. Bu içkiler adi serinleşdirici içkilerle eyni deyil. Hesablamalara göre, 10 yaşına qeder olan uşaq gün erzinde 80 milliqramdan artıq kofein qebul etmemelidir. Amma bu içkilerin terkibinde en minimal doza texminen 150 milliqramdan artıqdır”.

 

Qonaq enerjili içkilerin aludeçilik yaratması ile bağlı fikirlere de münasibet bildirib: “Enerjili içkilerin aludeçiliye sebeb olması qeyri-mümkündür. Aludeçilikle qehve, çay ve enerji içkilerin yaratdığı tolerantlıq ferqlidir. Yeni kofein terkibli içkiden istifade eden insan her gün bir banka enerjili içki qebul edirse, bir müddetden sonra hemin kofeinin miqdarı onun beyin hüceyrelerine tesir etmir ve içkiden evvelki effekti ala bilmir. Günde 1 fincandan artıq qehve de problem yaradır, tolerantlığa sebeb olur”.

 

Ekspert bu içkilerin idman ederken qebulunun ciddi fesadlara sebeb ola bileceyini deyib: “Gencler ve yeniyetmeler enerjili içkilerden gümrahlanmaq meqsedile ve idmandan evvel istifade edirler. Kofein sidikqovucudur ve insanın bedeninden suyu xaric edir ve idmandan evvel bunu qebul etmek ağır fesadlara getirib çıxardır. Mütexessisler idmançılara bele içkilerden yox, adi sudan istifade etmeyi meslehet görürler. Hekim ve mütexessislerin tövsiyelerine göre hamile qadınların enerjili içkilerden istifadesi meslehet görülmür, uşaqların, yeni 18 yaşa qeder şexslerin ümumiyyetle istifadesi meslehet deyil. Bu içkiler uşaqların sağlamlığına ve geleceyine çox menfi tesir gösterir. Birinci, içkiler tolerantlıq yaradır, sinir sisteminin oyanmasına, nevroloji halların yaranmasına sebeb olur. Diger terefden uşaqlarda yuxusuzluq yaranır, bu ise çox böyük fesadlara getirib çıxardır, derse davamiyyeti, enerji aktivliyi,  zehni inkişafı lengidir. Diger terefden ise sidikqovucu effekte malik olduğu üçün uşaqların bedeninden suyun çox xaric edilmesi böyreklerin, qaraciyerin, üreyin funksiyasını çox keskin şekilde pisleşdirir. Bu uzun müddet davam ederse, ağır xesteliklere getirib çıxarda biler. Enerjili içkilerin terkibinde olan şekerin gündelik qebulu da artıq kaloridir. Bu, bir müddet sonra artıq çeki ve piylenmeye sebeb olur. Növbeti merhelede şekerli diabet, ürek-damar xesteliklerine getirib çıxardır. 50 yaşında insanların bu içkiden istifadesi insult, infarkt, qan-damar, ürek xesteliklerine sebeb olur. Enerji içkilerinin terkibindeki bitki menşeli maddeler müxtelif qan yaradıcı orqanlara tesir göstere bilir”.

 

Nabil Seyidov enerji içkilerinin spirtli vasitelerle eyni vaxtda qebulunun sağlamlıq üçün ciddi problem yarada bileceyini deyib: “Spirt özü dozasından asılı olaraq insanın beynine tesir gösterir, qanda qebul edilen etanolun miqdarı artdıqca beynin tam tormozlanmasına, hetta komaya qeder getirib çıxarda bilir. Bezi insanlar alkoqolun tesirini azaltmaq üçün, enerjili içki ile gümrahlığı yeniden berpa edeceklerini düşünürler. Böyük miqdarda spirtli içki qebul edildikde,  orqanizmde azalan kofeinin enerjili içkinin terkibindeki kofeininle geri qaytarmaq effektli deyil, çünki spirtin beyine tesiri kofeinden daha güclüdür.  Ümumiyyetle, kofein ve spirtli içkiler ürek-damar problemlerinin esas sebebkarlarındandır”.

 

Qonaq bu içkilerin qebulunu dayandırmağın heç de çetin olmadığını bildirib: “Kofein terkibli içkilerin qebulunu dayandırmaq asandır, bunu siqaret ve spirtli içkilerin qebulu ile müqayise etmek düzgün deyil. Amma bir-iki ay her gün kofein terkibli içkiler, o cümleden, qehve içen şexsler onu bir gün qebul etmedikde özlerini pis hiss etmeye başlayırlar. Bu, bir çox hallarda psixoloji olur, bezen ise fiziki simptomlarla - baş ağrısı, halsızlıq, yorğunluqla müşayiet olunur. Amma bu qısa müddetde keçib gedir, beynin reseptorları, hüceyreleri artıq normallaşır. Bu içkilerin terkibinde olan melatonin beynin fealiyyetine tesir eden ve geceler insanın beyni terefinden ifraz olunan yuxu hormonudur”.

 

Ekspertin sözlerine göre, yuxarı sinif şagirdlerinin ekseriyyeti enerji içkilerinden istifade edir: “İctimai Sehiyye ve İslahatlar Merkezi terefinden keçen ilin noyabr-dekabr aylarında Bakının 50 mektebinde 1000 şagird arasında aparılan araşdırma neticesinde melum oldu ki, yuxarı sinif şagirdlerinin böyük ekseriyyeti ayda bir neçe defe ve ya bir neçe aydan bir enerjili içkilerden istifade edir. Xaricde bu içkilerin satışına qadağalar olmasa da, xeberdarlıqlar edilir. Zehni işle meşğul olan insanlar bunun tesirini gün erzinde 60-75 deqiqe fiziki aktivlikle evez ede bilerler. Teessüf ki, enerjili içkiler heç bir iş görmeden zehni qısa müddete stimullaşdırır ve bu insanlarda idmana marağı da azaldır. Sübuta yetirilib ki, idmanla meşğul olmaq, normal sağlam pehriz xerçeng xesteliklerinin profilaktikasına da imkan verir”.  


Oxunub 2230 defe