Xəbərlər ::

SİYASƏT :: Parlament seçkilerinde "exit-poll" keçirecek teşkilatlar açıqlandı

20-10-2015 17:04

Merkezi Seçki Komissiyasının (MSK) növbeti iclası keçirilib. APA-nın melumatına göre, iclasda Milli Meclise seçkilerde “exit-poll” keçirmek isteyen qurumların müracietine baxılıb.

 
MSK sedrinin müavini Natiq Memmedov bildirib ki, Azerbaycan seçki tecrübesinde “exit-poll” artıq reallığa çevrilib ve bununla bağlı ölkede ixtisaslaşmış qurumlar fealiyyet gösterir: "Müsteqil Araşdırmalar Merkezi artıq bir defe “exit-poll”da iştirak edib ve indiye qeder çoxsaylı sorğu, tedqiqatlar keçirib. Onun teqdim etdiyi senedler esaslı olduğundan teklif edirem ki, bu qurum “exit-poll” aparan teşkilat kimi qeydiyyata alınsın". 
 
Teklif sese qoyularaq qebul edilib.
 
Sonra N. Memmedov deyib ki, “exit-poll” keçirmek üçün müraciet eden teşkilatlardan digerleri Azerbaycan Genclerinin Hüquqlarının Müdafiesi Merkezi ve Vetendaşların Emek Hüquqlarını Müdafie Liqasıdır. Her iki qurumun “exit-poll” keçirmesi qebul olunub.
 
İclasda bezi daire seçki komissiyalarının terkibinde deyişiklik edilib.


Oxunub 296 defe