Xəbərlər ::

HADİSƏ :: Leyla ve Arif Yunusun işi birinci instasiya mehkemesine qaytarıldı

20-10-2015 17:38

Bakı Apellyasiya Mehkemesinde Sülh ve Demokratiya İnstitutunun (SDİ) hebsde olan direktoru Leyla Yunus ve heyat yoldaşı Arif Yunusun baresinde olan hökmden verilen apellyasiya şikayeti üzre ilkin baxış iclası davam etdirilib.

 

Payiz.Az-ın melumatına göre, hakim Vüqar Memmedovun sedrlik etdiyi mehkeme iclasında Leyla Yunusun vekili Elçin Sadıqov cinayet işinin protokollarında şahidlerin ifadelerinde tehrife yol verildiyini bildirib. Bundan sonra hakimler qerar qebul edibler. Qerara göre,  hemin meseleni araşdırmaq üçün cinayet işinin materialları Bakı Ağır Cinayetler Mehkemesine qaytarılıb. Proses qeyri-müeyyen vaxtadek texire salınıb. Hakimler bildirib ki, Bakı Ağır Cinayetler Mehkemesinde hemin mesele araşdırıldıqdan sonra proses davam etdirilecek.

 

Qeyd edek ki, Leyla Yunus Cinayet Mecellesinin 274-cü (Dövlete xeyanet), 178.3.2-ci (Deleduzluq (külli miqdarda ziyan vurmaqla töredildikde)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gelir elde etmekle töredildikde)), 213.2.2-ci ((Vergi ödemekden yayınma) külli miqdarda töredildikde), 320.1-ci (Hüquq veren ve ya vezifeden azad eden vesiqeni ve ya diger resmi senedi istifade etmek meqsedi ile saxtalaşdırma ve ya qanunsuz hazırlama, yaxud bu cür senedi satma, habele eyni meqsedle Azerbaycan Respublikasının saxta dövlet teltifini, ştampı, möhürü, blankı hazırlama ve ya satma) ve 320.2-ci (Bu Mecellenin 320.1-ci maddesinde gösterilmiş bile-bile saxta senedlerden istifade etme) maddeleri, Arif Yunus ise 178.3.2-ci (deleduzluq) ve 274-cü (Dövlete xeyanet) maddeleri ile teqsirlendirilir.   Her iki şexsin baresinde olan Cinayet Mecellesinin 274-cü (Dövlete xeyanet) maddesi üzre cinayet işi ayrı icraata verilib.

 

Bakı Ağır Cinayetler Mehkemesinin hökmü ile Leyla Yunus 8 il 6 ay, Arif Yunus ise 7 il müddetine azadlıqdan mehrum edilib. 

 


Oxunub 289 defe