Xəbərlər ::

İDMAN :: Sona bir tur qalmış 3 istefa...

20-10-2015 18:11

Topaz Premyer Liqasında ilk dövre sona yaxınlaşır. Sondan evvelki turda bir sıra maraqlı meqamlar baş verdi. Bir sıra ilklerin de qeyde alındığı 8-ci turla bağlı düşüncelerimi sizlerle bölüşmek isteyirem.

Evvela, milli çempionatımız tarixinde ilk defe turun bütün oyunları canlı yayımlandı. Bunu cari mövsümde yayım hüququna malik "CBC Sport" telekanalı gerçekleşdirdi. Özü de tura Azerbaycan Dövlet Müsteqilliyi Gününde - oktyabrın 18-de yekun vuruldu.

Bu çempionatda meğlubedilmez yalnız bir komanda qaldı. O da son 2 mövsümün qalibi olan hazırkı lider “Qarabağ”. Qurban Qurbanovun baş meşqçisi olduğu komanda kimi bu turadek uduzmayan “Zire” idi. Ancaq debütant çempionla çetin sefer sınağından üzüağ çıxa bilmedi. Adil Şükürovu yetirmelerinin ilk meğlubiyyeti böyük hesablı alındı - 1:4. Bütün oyunlarda “Zire”nin "çerçive"sini qorumuş millimizin üzvü Anar Nezirov “Qarabağ”la oyunadek cemi 2 qol buraxmışdı ki, neticede qapısında en az top gören mehz “Zire” idi. Amma bir oyunda 4 top, bu, artıq ciddi siqnaldır.

 

Debütantın yegane qolunu İqor İvanoviçin vurması da diqqet çekir. Axı monteneqrolu yarımmüdafieçi “Zire”ye gelenedek veteninde çıxış etdiyi “Rudar”ın heyetinde bu yay ele “Qarabağ”la Çempionlar Liqası matçlarında iştirak etse de, qol vura bilmemişdi. 25 yaşlı legioner bu defe ferqlene bilmesi neticesinde vurduğu qolların sayını 3-e çatdıraraq “Zire”nin bombardirine çevrildi.

 “Qarabağ”ın en yaxın izleyicisi “Qebele” son turda seferde “Neftçi”nin müqavimetiyle üzleşse de, 90-cı deqiqede qelebe topunu vura bildi. Bunun müellifi olan ukraynalı hücumçu Aleksey Antonov vurduğu qolların sayına göre “Qebele”de komanda yoldaşı, adaşı Aleksey Qaya çatdı. Neticede bombardirler siyahısında liderler qrupunda “qırmızı-qaralar”ın artıq 2 futbolçusu var. Ancaq Qaydan ferqli Antonovun Avropa Liqasında da ferqlendiyini nezere alsaq, 5 qolla “Qebele”nin cari mövsümde bombardiridir.

“Zire”yle “İnter”in büdremesinden sonra en yaxın izleyicilerinden aralanan “Qarabağ”la “Qebele” favorit olmalarına ve çempionluq mübarizesinin mehz öz aralarında gedeceyine bir daha eminlik yaradır. Avropa Liqasının qrup merhelesindeki temsilçilerimiz arasında çempionatda cemi 1 xal ferqi var. İlk dövrenin qalibinin kim olacağı son turda bilinecek. “Qarabağ”ı da “İnter”i büdreden “Sumqayıt”la sefer oyunu gözleyir. “Qebele” ise evde “Zire”ye qalib gelerse, en yaxın izleyicisi olan bu komandayla xal ferqini 7-ye yükseldecek.

Hele ilk dövre yekunlanmamış baş meşqçi istefalarının artması diqqet çekir. Artıq bunların sayı 3-e çatıb. Düzdür, “Neftçi” rehberliyi Samir Aliyevin istefasını qebul etmedi. Ancaq “Sumqayıt”da Aqil Memmedovun ardınca “Revan”da Emin Quliyevin postundan ayrılması gerçekleşdi. Özü de dalbadal 2 turdakı bu istefalar “Kepez”e meğlubiyyetlerden sonra baş verdi. Şahin Diniyevin keçmiş komandası "Revan"ı meğlub etmesi, Emin Quliyevin bir vaxtlar millimizde rehberliyi altında oynamış Şahin Diniyevle meşqçi kimi ilk duelden meğlub ayrılması fealiyyetinin başa çatmasıyla neticelendi. Aqil Memmedov, Emin Quliyev ve Samir Eliyev vaxtile millide oynamaqla yanaşı, “Neftçi”de uğurlu çıxışlarıyla tanınıblar. Bu üçlük hazırkı çempionatın en genc meşqçilerinden idiler.

Quliyevi “Revan”a çox tanış baş meşqçi, bir neçe defe bu postda olmuş Behmen Hesenov evezledi. Ele “Sumqayıt” üçün de yeni çalışdırıcı yad adam deyil. Bu, evezedici komandanın baş meşqçisi olmuş Samir Abasovdur. Sumqayıtda anadan olan 37 yaşlı çalışdırıcı karyerasını mehz “Sumqayıt”da bitirib, özü de Aqil Memmedovun rehberliyi altında oynayıb, kapitan da olub.

İndi çempionatın en genc baş meşqçileri adaşlar, yeni Samirlerdir. Abasov Eliyevden (36 yaş) 1 yaş böyükdür. Onun bu ampluada debütünü uğurlu saymaq olar. Her halda, mükafatlara iddialı “İnter”den xal almaq heç de asan deyil. Üstelik, oyunda hesabı açan da mehz Samir Abasovun yetirmeleri olub. Bundan elave, Abasov vaxtile heyetinde çempion olduğu “İnter”de oynadığından, siftede keçmiş komandasını meyus etdi. Növbeti turda reqibi olacaq “Qarabağ” ise “İnter”edek ve “İnter”den sonra oynadığı komandadır. Keçmiş müdafieçi “Qarabağ”ın baş meşqçisi Qurban Qurbanovun rehberliyi altında oynayıb.

Lenkeranda milli komandamızın sabiq kapitanları üz-üze geldiler. Bunlar millide birge oynamış Yunis Hüseynovla Terlan Ehmedovdur. Her iki komandada heyetde bağlı sıxıntıların olması, daha çox yerli futbolçulara güvenilmesi, legionerlerin azlığı göz qabağındadır. “Xezer Lenkeran” cari çempionata evde “İnter” üzerinde 2:0 hesablı qelebeyle başladıqdan sonra 2 aydan artıqdır qalibiyyete hesret qalmışdı. Buna mehz doğma meydanda son qoyuldu. Qelebede pay sahibi olan yarımmüdafieçiler - Kamran Abdullazadeyle malili Sadio Tounkara cari mövsümde komandalarında qol hesablarını açdılar. Kamran ise karyerasında ilk dubla imza atdı.

Dubldan söz düşmüşken, “Qarabağ”ın braziliyalı yarımmüdafieçisi Riçard Almeyda artıq 2-ci defe buna nail olmaqla hem cari çempionatda ilke imza atdı, hem de bombardirler siyahısında liderliye yükseldi. Riçard eyni zamanda cari mövsümde penaltiden en çox qol vuran futbolçudur – 3 defe. Onun isveçli komanda yoldaşı Samuel Armenteros da son turda dubl müellifi oldu. Bu, debüt mövsümünü keçirdiyi Azerbaycanda ilk defe idi. 25 yaşlı hücumçu 4 qolla bombardirler mübarizesinde artıq liderler qrupundadır.

Cari mövsümde diger dubl müellifleri “İnter”in braziliyalı hücumçusu Dieqo Martins, onun "Kepez"deki hemyerlisi, "Xezer Lenkeran" ve "Bakı"da da oynamış yarımmüdafieçi Junior Osvaldo ve “Neftçi”nin 19 yaşlı hücumçusu Fehmin Muradbeylidir. Osvaldo ardıcıl 2-ci oyunda meydanı qolsuz terk etmeyerek, 3 qolla komandasının bombardiri olub. "Kepez"in yeni transferi olan kamerunlu hücumçu Julien Ebah ise son turda neinki en gözel qolun müellifi oldu, hem de şexsi göstericiyle ferqlendi. Bele ki, ona qol vurmaq üçün cemi 2 deqiqe kifayet etdi. 46-cı deqiqede meydana daxil olduqdan 2 deqiqe sonra baxımlı qol müellifi olan Julien kimi bele erken ferqlenen olmamışdı.


Oxunub 475 defe