Xəbərlər ::

SOSİAL :: Bakının Zire kendinde ilk defe su techizatı infrastrukturu yaradılır

30-07-2015 14:55

“Azersu” Açıq Sehmdar Cemiyyeti “2014-2016-cı illerde Bakı şeherinin ve onun qesebelerinin sosial-iqtisadi inkişafına dair Dövlet Proqramı” çerçivesinde Bakıetrafı kend ve qesebelerde istehlakçıların içmeli su techizatının yaxşılaşdırılması istiqametinde kompleks tedbirleri davam etdirir. Cemiyyetin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre,  içmeli su çatışmazlığının müşahide olunduğu Xezer rayonunun Zire qesebesinde  ilk defe su techizatı infrastrukturunun yaradılmasına başlanılıb.

 

Zire qesebesinde istehlakçıların dayanıqlı ve keyfiyyetli içmeli su ile temin edilmesi üçün su menbeyi Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zire magistral xetti nezerde tutulub. Magistral kemerden götürülecek su hazırda inşası davam etdirilen ve tutumu 10 min kubmetr olan Zire su anbarına ötürülecek. Anbar istismara verildikden sonra Zire qesebesi ile yanaşı, Türkan, Dübendi, Gürgen, Pirallahı qesebeleri de buradan  qidalanacaq.

 

Layihenin birinci merhelesi çerçivesinde qesebede müxtelif diametrli borularla 20 km paylayıcı su xettinin inşası ve 700-qeder  ünvanın yeni yaradılacaq şebekeye qoşulması nezerde tutulur. Tikinti işlerine başlanandan su şebekesinin 13 km-lik hissesi çekilmiş, 450 ünvana birleşme verilmiş, 50 eded yanğın hidrantı quraşdırılıb. Tikinti-quraşdırma işleri başa çatdırıldıqdan sonra yeni şebeke vasitesi ile içmeli suyun verilmesine başlanılacaq. Layihenin növbeti merhelesinde Zire qesebesinin diger hissesinde de  su şebekesinin yaradılması işleri davam etdirilecek.

 

Qeyd edek ki, 11 min nefer ehalisi olan Zire qesebesinde merkezleşdirilmiş  içmeli su şebekesi mövcud deyil. Bu sebebden ehali esasen quyu sularından istifade edir ve ya içmeli suyu maşınlarla alır. 

 

Ceyranbatan-Balaxanı-Ramana-Zire magistral su xettinin istismara verilmesi neticesinde uzun müddetdir içmeli sudan eziyyet çeken bir sıra yaşayış menteqelerine fasilesiz suyun verilmesi temin edilib. 

 


Oxunub 1016 defe