Xəbərlər ::

DÜNYA :: İraq ordusu iki böyük şeheri İŞİD-den qismen azad edib

21-10-2015 01:03

İraq ordusu ve könüllülerden ibaret silahlı desteler ölkenin şimalındakı Bayci şeherinin merkezini İŞİD terrorçulardan azad edib. APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre, bunu “Sputnik” agentliyine könüllü destelerin nümayendesi Kerim en Nuri bildirib.

 

Onun sözlerine göre, döyüşçüler erazini terrorçulardan azad ederek, partlayıcı qurğulardan temizleyib. Bundan evvel ordu qüvveleri şeherin bir neçe rayonunu terrorçulardan azad edib, hemçinin neftayırma zavodunun erazisini nezarete alıblar.

 

Er-Remadi şeherinde de ordu uğurlu irelileyişe nail olub. Bele ki, şeherin şimalında üç rayon terrorçulardan azad edilib.  


Oxunub 353 defe