Xəbərlər ::

SİYASƏT :: Dövlet sirri ile bağlı Baş Prokurorluq, DİN, DSX ve XDMX-e selahiyyetler verildi

21-10-2015 07:28

Nazirler Kabineti “Vezifeli şexsin ve ya vetendaşın dövlet sirri teşkil eden melumatlarla işlemeye buraxılması ve işlemeye buraxılmasının yeniden resmileşdirilmesi qaydasının tesdiq edilmesi barede” qerarında deyişiklikler edib.

 

APA-nın melumatına göre, deyişikliye esasen qaydanın adı deyişdirilib ve “Vezifeli şexslerin ve ya vetendaşların dövlet sirri teşkil eden melumatlarla işlemeye buraxılması Qaydası” adlandırılıb.

 

İndiye qeder dövlet sirri ile işlemeye buraxılış üzre yoxlama tedbirleri qanunvericilikle müeyyen edilmiş emeliyyat-axtarış, keşfiyyat ve eks-keşfiyyat fealiyyeti subyektleri terefinden heyata keçirilib ve hemin orqanlar bu Qaydaya uyğun olaraq, idaredaxili müvafiq qaydalarını tesdiq edibler. Deyişikliye esasen bundan sonra vetendaşların xüsusi ehemiyyetli, tam mexfi ve mexfi melumatlarla işlemeye buraxılması ile bağlı yoxlama tedbirleri Milli Tehlükesizlik Nazirliyinin reyi nezere alınmaqla, prokurorluq orqanlarında Azerbaycan Respublikasının Baş Prokurorluğu, daxili işler orqanlarında Daxili İşler Nazirliyi, dövlet serhedinin mühafizesi ile elaqedar Dövlet Serhed Xidmeti, dövlet mühafizesi obyektlerinin ve mühafize olunan obyektlerin tehlükesizliyinin temin edilmesi ile bağlı, hemçinin tabeliyinde olan herbi hisselerde Xüsusi Dövlet Mühafize Xidmeti terefinden heyata keçirilecek. Diger dövlet hakimiyyeti orqanlarında, müessise, idare ve teşkilatlarda dövlet sirri ile işlemeye buraxılış üzre yoxlama tedbirlerini tehlükesizlik orqanı heyata keçirecek.

 

 

 

 

 

Mövcud Qaydaya esasen işegötürenin ve dövlet sirri ile işlemeye buraxılan şexsin qarşılıqlı öhdelikleri emek müqavilesinde (sazişinde) eks olunur. Selahiyyetli orqanlar terefinden yoxlama tedbirleri başa çatdırılana qeder emek müqavilesinin (sazişinin) bağlanılması yolverilmez olub. Yoxlama tedbirlerinin hecmi buraxılışı resmileşdirilen şexsin işlemeye buraxılacağı melumatların mexfilik derecesinden asılıdır. Yoxlama tedbirlerinin hecmi ve keçirilme qaydası yoxlama tedbirlerini keçiren müvafiq orqanlar terefinden hazırlanır ve Azerbaycan Respublikasının Prezidenti yanında Dövlet Sirrinin Mühafizesi üzre İdarelerarası Komissiya ile razılaşdırılmaqla tesdiq edilir. Deyişikliye esasen bundan sonra vetendaşın ona etibar edilecek dövlet sirri teşkil eden melumatları yaymayacağı barede dövlet qarşısında götürdüyü öhdeliyi onunla işegötüren arasında bağlanan emek müqavilesinde, işe (xidmete) qebul emek müqavilesi ile heyata keçirilmedikde ise iltizamnamede eks olunacaq. Dövlet sirri ile işlemeye buraxılışı olmayan şexsin dövlet sirrinden istifade ile bağlı vezifeye teyin edilmesine yol verilmir. Azerbaycan Respublikasının Baş Prokurorluğunda, Daxili İşler Nazirliyinde, Azerbaycan Respublikasının Dövlet Serhed Xidmetinde ve Xüsusi Dövlet Mühafize Xidmetinde dövlet sirri ile işlemeye buraxılış üzre yoxlama tedbirlerinin hecmi ve keçirilme qaydası bu orqanlar terefinden hazırlanır ve Azerbaycan Respublikasının Prezidenti yanında Dövlet Sirrinin Mühafizesi üzre İdarelerarası Komissiya ile razılaşdırılmaqla tesdiq edilecek. Diger dövlet hakimiyyeti orqanlarında, müessise, idare ve teşkilatlarında dövlet sirri ile işlemeye buraxılış üzre yoxlama tedbirlerinin hecmi ve keçirilme qaydası tehlükesizlik orqanı terefinden hazırlanır ve Azerbaycan Respublikasının Prezidenti yanında Dövlet Sirrinin Mühafizesi üzre İdarelerarası Komissiya ile razılaşdırılmaqla tesdiq edilir.

 

İndiye qeder vetendaşların birinci (xüsusi ehemiyyetli melumatlarla işlemeye buraxılan vetendaşlar üçün) ve ikinci formalar (tam mexfi melumatlarla işlemeye buraxılan vetendaşlar üçün) üzre işlemeye buraxılışının resmileşdirilmesi ve yeniden resmileşdirilmesi ile bağlı olan yoxlama tedbirleri emeliyyat-axtarış fealiyyetini heyata keçiren orqanlarla ve dövlet sirrinin mühafizesi üzre bölmelerle qarşılıqlı elaqede heyata keçirilib. Vetendaşların üçüncü forma (mexfi melumatlarla işlemeye buraxılan vetendaşlar üçün) üzre işlemeye buraxılışının resmileşdirilmesi tehlükesizlik orqanı terefinden yoxlama tedbirleri keçirilmeden teşkilat rehberi terefinden heyata keçirilib. Deyişikliye esasen  bundan sonra vetendaşların birinci (xüsusi ehemiyyetli melumatlarla işlemeye buraxılan vetendaşlar üçün) ve ikinci formalar (tam mexfi melumatlarla işlemeye buraxılan vetendaşlar üçün) üzre işlemeye buraxılışının resmileşdirilmesi ile bağlı olan yoxlama tedbirlerini tehlükesizlik orqanı (prokurorluq orqanlarında Azerbaycan Respublikasının Baş Prokurorluğu, daxili işler orqanlarında Azerbaycan Respublikasının Daxili İşler Nazirliyi, dövlet serhedinin mühafizesi ile elaqedar Azerbaycan Respublikasının Dövlet Serhed Xidmeti, dövlet mühafizesi obyektlerinin ve mühafize olunan obyektlerin tehlükesizliyinin temin edilmesi ile bağlı, hemçinin tabeliyinde olan herbi hisselerde Azerbaycan Respublikasının Xüsusi Dövlet Mühafize Xidmeti)” emeliyyat-axtarış fealiyyetini heyata keçiren orqanlarla ve dövlet sirrinin mühafizesi üzre bölmelerle qarşılıqlı elaqede heyata keçirecek. Vetendaşların üçüncü forma üzre işlemeye buraxılışının resmileşdirilmesi tehlükesizlik orqanı terefinden (prokurorluq orqanlarında Azerbaycan Respublikasının Baş Prokurorluğu, daxili işler orqanlarında Azerbaycan Respublikasının Daxili İşler Nazirliyi, dövlet serhedinin mühafizesi ile elaqedar Azerbaycan Respublikasının Dövlet Serhed Xidmeti, dövlet mühafizesi obyektlerinin ve mühafize olunan obyektlerin tehlükesizliyinin temin edilmesi ile bağlı, hemçinin tabeliyinde olan herbi hisselerde Azerbaycan Respublikasının Xüsusi Dövlet Mühafize Xidmeti terefinden)” tehlükesizlik orqanı terefinden yoxlama tedbirleri keçirilmeden teşkilat rehberi terefinden heyata keçirilecek.

 

 

 

İndiye qeder dövlet sirrine buraxılışı, resmileşdirilen vetendaşlar anket (forma 2) doldurublar. İşe (xidmete) qebulu resmileşdirilen vetendaşda söhbet zamanı kadr aparatının işçileri anketde gösterilen melumatları onun şexsi senedleri (pasport, şexsiyyet vesiqesi, herbi bilet, emek kitabçası, tehsil haqqında diplom ve s.) ile üzleşdirir, anketin ayrı-ayrı suallarını deqiqleşdirib, anket suallarında nezerde tutulmayan maraq doğuran melumatları müeyyenleşdirib, son bir il erzinde vetendaşdan mexfi işlerle, senedlerle ve melumatlarla elaqesi olub-olmadığını, onun dövlet sirri teşkil eden melumatları yaymamaq barede öhdelik götürüb-götürmediyini, rejimli obyektlerde işleyib-işlemediyini (xidmet edib-etmediyini) aydınlaşdırıb, zeruri arayış ve senedleri sorğu edir ve vetendaşı dövlet sirrine buraxılışın resmileşdirilmesi barede müqavilenin metni ile tanış edibler. Bu müqavileler kadr aparatında emek müqavilelerinin qeydiyyat jurnalında qeydiyyata götürülüb. Vetendaşla söhbet zamanı ve ya anket melumatlarına esasen ona dövlet sirri ile işlemeye buraxılışın resmileşdirilmesi haqqında qerarın qebul edilmesine tesir edecek hallar ve yaxud onun evveller xüsusi ehemiyyetli ve ya tam mexfi melumatlarla işlemesi müeyyen olunarsa, onda kadr aparatının işçileri söhbetin neticeleri barede teşkilatın dövlet sirrinin mühafizesi üzre bölmesinin rehberine şifahi ve ya yazılı melumat vermeye borcludurlar.

 

Dövlet sirrine buraxılışın resmileşdirilmesi barede müqavilenin (sazişin) bağlanması Azerbaycan Respublikasının mülki ve emek qanunvericiliyinin teleblerine, hemçinin «Dövlet sirri haqqında» qanunun teleblerine riayet edilmekle heyata keçirilib. Buraxılış resmileşdirilen vetendaşın anketi kadr aparatının işçisi terefinden imzalanır, möhürle tesdiq edilir ve dövlet sirrinin mühafizesi üzre bölmeye teqdim edilib. Deyişikliye esasen bundan sonra “Dövlet sirri ile işlemeye buraxılışı resmileşdirilen vetendaşlar bele melumatlarla işlemeye buraxılmaqdan imtina edilmesine sebeb olan xesteliklerinin olmaması barede tibbi arayışı kadr aparatına teqdim edir ve anket dolduracaqlar. Onlar anketde doğru melumatlar göstermeye borcludurlar. İşe (xidmete) qebulu resmileşdirilen vetendaşla söhbet zamanı kadr aparatının işçileri anketde gösterilen melumatları onun şexsi senedleri (pasport, şexsiyyet vesiqesi, herbi bilet, emek kitabçası, tehsil haqqında diplom ve s.) ile üzleşdirir, anketin ayrı-ayrı suallarını deqiqleşdirir, anket suallarında nezerde tutulmayan maraq doğuran melumatları müeyyenleşdirir, son bir il erzinde vetendaşdan mexfi işlerle, senedlerle ve melumatlarla elaqesi olub-olmadığını, onun dövlet sirri teşkil eden melumatları yaymayacağı barede öhdelik götürüb-götürmediyini, rejimli obyektlerde işleyib-işlemediyini (xidmet edib-etmediyini) aydınlaşdırır, zeruri arayış ve senedleri sorğu edir ve vetendaşı dövlet sirrini yaymamaq barede öhdeliyin metni ile tanış edirler. İki nüsxede tertib edilmiş öhdeliyin  bir nüsxesi işçinin şexsi işinde, ikinci nüsxesi ise dövlet sirrinin mühafizesi üzre bölmede saxlanılacaq. Bu öhdelikler kadr aparatında emek müqavilelerinin qeydiyyat jurnalında qeydiyyata götürülecek. İşe qebulu emek müqavilesi ile heyata keçirilen vetendaşın dövlet sirri teşkil eden melumatları yaymamaq barede dövlet qarşısında götürdüyü öhdeliyi Azerbaycan emek qanunvericiliyine uyğun olaraq, hemçinin “Dövlet sirri haqqında” qanunun telebleri nezere alınmaqla, emek müqavilesine elave kimi resmileşdirilecek. Dövlet sirri ile işlemeye buraxılışı resmileşdirilen vetendaşın anketi kadr aparatının işçisi terefinden imzalanacaq, möhürle tesdiq edilecek. Anket, tibbi arayış ve vetendaş terefinden imzalanmış öhdelik  dövlet sirrinin mühafizesi üzre bölmeye teqdim edilecek.


Oxunub 3680 defe