Xəbərlər ::

MAQAZİN :: Emil Penahov: “Onu özümden qovduqca daha çox sevmeye başladım” - MÜSAHİBE

21-10-2015 11:33

 

 

32 il bundan qabaq çekilse de, bu gün de her kesin severek izlediyi “Asif, Vasif, Ağasif” filminin qehremanlarından biri, Asif rolunun ifaçısı Emil Penahovun Aile.lent.az-a müsahibesini teqdim edirik.

 

- Emil, hazırda ne işle meşğulsunuz?

 

- Reqs müellimiyem. Uzun illerdir bu işle meşğulam. Son iki ilde ise uşaqlara peşekar reqsin sirlerini öyredirem. Heyder Eliyev adına Müasir Tehsil Kompleksi, Çingiz Mustafayev adına yaradıcılıq merkezi ve Merkezi Medeniyyet Evinde çalışıram. Sonuncuda hem de reqs kafedrasının müdiriyem.

 

- Uşaqların reqse marağı necedir?

 

- Men reqse 90-cı illerde başlamışam. Hemin vaxtlarda reqs unudulmuşdu. Sovetlerden yenice ayrılmışdıq, ölkede veziyyet pis idi, heç kim reqs hayında deyildi. Adama deyerdiler ki, “millet qırılır, sen reqse gedirsen?”. Lakin men bu seneti çox sevdim.  Azerbaycan medeniyyeti, elece de reqsi ele bir veziyyete düşmüşdü ki, kimse onu qaldırmalıydı. O vaxt bunu anlayanlar indi övladlarını reqse getirirler. Hetta deyirler ki, “men reqse getmemişem, heç olmasa, uşağım yaxşı reqs etsin”.

 

- Sizin reqse gelişiniz nece oldu?

 

- Xalq artisti Cemile Bayramova menim xalamdır. Gözümüzü açandan onu televiziyada, xarici ölkelerde görmüşük. O, bizim ailenin örneyi olub. Xalamın qızı reqsle meşğul olurdu, onu xoreoqrafiya mektebine imtahana aparanda xalam anama deyib ki, meni de aparsınlar, xalaoğlu-xalaqızı reqse gedek. Menimse o vaxtadek reqsden anlayışım yox idi. İkimiz de imtahana geldik ve qebul olunduq. Xoreoqrafiya mektebini elaçı olaraq bitirdim. Sonra Dövlet Reqs Ansamblında reqsi davam etdirdim ve heyatımı reqse bağladım.

 

- Demediler ki, “kişi hara, reqs hara?”

 

- Dediler (gülür). Xüsusen de atam. O, idmançıdır, menim de idmançı olmağımı isteyirdi. Gözümü açandan idman zallarında böyümüşem. Men reqse getmeye başlayanda buna heves kimi baxdılar, atam dedi ki, “eybi yox, bir neçe ay reqse getsin, toylarda yaxşı reqs etsin”. Sonra gördü ki, yox, men reqsle ciddi meşğul oluram. Çox esebleşmişdi. İstemirdi men reqsi davam etdirim. Amma sağ olsun, dözdü mene.

 

- Uşaqlıqda çekildiyiniz birce filmle yadda qalmısınız. Bu fakt sizi daha çox teesüflendirir, yoxsa sevindirir?

 

- Eslinde sevindirir. Bir film mene heyatım boyu bes eder. Sevinirem ki, uşaqlıqda bele bir filme çekildim ve film indiyedek meşhurdur. Bu, her kese nesib olmur. Uşaqlıq şekillerime baxanda, film her defe nümayiş olunanda çox sevinirem. “Asif, Vasif, Ağasif” qızımın en sevdiyi filmdir. Gülür, deyir ki, atam da balaca olub. Yeqin ki, heyatım boyu menim adımın yanında bu filmin de adı çekilecek. Her zaman eşidirem deyirler ki, “Emil yaxşı reqs müellimidir, hem de filan filmde çekilib”. Amma hele etrafımda olanlardan çoxu bilmir ki, hemin filmdeki uşaqlardan biri menem. Çalışmışam ki, bunu reklam etmeyim.

 

- Bes uşaqlıqda meşhurluğunuzdan istifade edirdiniz?

 

- Heç vaxt. Filmde balıqlara göre ağlamışdım. Bir neçe defe uşaqlar meni lağa qoydular, ondan sonra heç kime demedim ki, men o filme çekilmişem. Çünki ağlayan oğlanlardan deyildim (gülür).

 

- Her kese ilk filmi ile meşhur olmaq nesib deyil. Siz bu fürsetden istifade edib aktyorluğunuzu davam etdire bilerdiniz...

 

- O vaxtdan sonra Azerbaycanda filmler çekilmedi. 90-cı illerde film çekilişleri dayandırılmışdı, aktyorluq seneti unudulmuşdu. Eslinde aktyor olmaq isteyirdim. Ele buna göre de heyatımı incesenete bağladım. Yaradıcılıqdan zövq alırdım, meni özüne çekirdi. Amma olmadı, aktyorluğumu davam etdire bilmedim. Sonra bir neçe defe devet etdiler, qısametrajlı filmlere, “Mozalan” kinojurnalına çekildim. Hetta baş rola çekildiyim de oldu. Lakin arxivlerde qaldı, efir üzü görmedi. Bir neçe sınaq çekilişlerinde oldum, rejissorlar meni bir neçe defe axtardılar, lakin kinodan uzaqlaşdım. Çünki Bakı Xoreoqrafiya mektebine daxil oldum, elave işlere vaxtım qalmırdı. Buna göre de devetlerden imtina etmeye başladım. Seherden axşamadek reqsle  meşğul olurdum. Aktyor olmaq şansımdan istifade ede bilmedim.  

 

- İndi devet olsa, çekilersiniz?

 

- Bilmirem. Bacararammı?...

 

- Eger bacarsanız, nece bir filme çekilmek isterdiniz?

 

- Yene de uşaq filmine çekilerdim. Çünki uşaq filmleri demek olar ki, yoxdur. Menim de evimde uşaq böyüyür, 4-5 yaşı var. Onun baxması üçün televiziyanın hansı kanalına çevireceyimi bilmirem. Sovet vaxtında mülayim filmler çekilirdi. İndi ise hetta uşağın cizgi filmlerine baxmasından bele qorxuram. Hamısı qorxulu ve vehşilikden behs edir. O vaxtki filmler ise mehribanlıq, dostluq, sedaqet, yaxınlıq exz edirdi. İsterdim ki, bu mövzuda filmler çekilsin, uşaq yaradıcılıq merkezleri açılsın. Rejissorlarımız komediyalardan, dedi-qodulardan bir az el çeksinler, uşaq filmleri çeksinler, geleceyimizi düşünsünler. Bizim dövrümüzün filmleri indiyedek hamının, elece de bütün uşaqların yadındadır.

 

- İndi yaxşı film çekmek üçün texniki imkanlar yüksek seviyyededir. Bes sizce, niye o vaxtkı filmler hele de maraqlıdır?

 

- Zemane pozulub, ona göre de o vaxtkı filmler kimi filmler çekilmir. Eqoistler dünyasında yaşayırıq. Her kes özünü düşünür, öz menafeyini güdür. Ona göre de çekilen filmler de bu cürdür. Bizim vaxtımızda insanlar bele deyildi. Mehribanlıq, yaxşılıq, kiçikler ve böyüklere qayğı ve hörmet vardı, filmler de bu cür idi. İndi ise qeddarlıqdır. Filmler de qeddarlıqdan behs edir, insanların zövqüne göre, yalnız kinoteatra celb etmek üçün filmler çekilir. İndi insanlara dedi-qodu, dava-dalaş, mübahise, qalmaqaldan başqa heç ne maraqlı deyil. İnsan her zaman yaxşı tereflerini göstermeye çalışır. Düzdür, buna çox vaxt nail ola bilmir. Lakin insanın daxilindeki vicdan onu her zaman yaxşılığa vadar edir. Vicdan insanı yaxşı emeller etmeye celb edir. Lakin biz ele dövrde yaşayırıq ki, insanları ve uşaqları aqressiv olmağı, özü üçün yaşamağı öyredirler.

 

- İndiki uşaqlar arasında Asif, Vasif, Ağasif var?

 

- Men görürem. Ele ailelerden uşaqlar – bacı-qardaşlar gelir ki, baxıram, öz uşaqlığım yadıma düşür. Qardaşına nese deyende bacısı o terefden gelir ki, “menim qardaşıma heç ne deme” (gülür). İki ildir uşaqlarla işlediyime göre çox sevinirem. Her qrupda 80-90 nefer uşaq var. Bunlara baxıb deyirem ki, kaş, men de uşaq olardım, onların aralarında olardım.

 

- Yeri gelmişken, uşaqlıq xatirelerinizin ayrılmaz hissesi olan teref müqabillerinizle  görüşmek, yeniden eyni layihede yer almaq isterdinizmi?

 

- Onları görsem çox sevinerem, oturub söhbetleşe, vaxt keçire bilerik. Bir arada maraqlandım görüm hardadırlar, ne işle meşğuldurlar. Jurnalistlerin sayesinde ondlardan xeber tuta bilirem. Heresinin öz heyatı var. Ramin (Vasif rolunun ifaçısı) xaricde yaşayır, ailesi, övladları var. Ondan bir az nigaran idim, eşitdim ki, radikal müselman olub.

 

- Yeri gelmişken, siz de xristianlığı qebul etmisiniz.

 

- Müselman ailesinde anadan olmuşam, gözümü açıb evde namaz qıldıqlarını görmüşem. Uşaqlıqda meni mescidlere, pirlere aparırdılar. Men de her zaman maraqlanırdım ki, biz ne edirik, bu nedir? Nenem-babam meni başa salırdı ki, Allaha ibadet edirik. Anam-atamsa sovet dövrünün adamları idi, buna çox da ciddi yanaşmırdılar. Böyüdükden sonra özüm maraqlanmağa başladım. 1989-cu ilde meni bir rus toyuna devet etdiler, kilsede nikah merasimi oldu. Kilsenin içerisinde böyük herflerle yazılmışdı: “Allah sevgidir”. Bu söz meni tutdu. Maraqlanmağa başladım. Sevgi anaya, qıza olar, bes bu ne sevgidir? O vaxta qeder ise namaz qılırdım, Qurani-Kerimi sonuncu kitab bilib ona üstünlük verirdim. Quranı oxuyanda Tövrat, İncil, Zabulda yazılanları gördüm, üstelik heç ne başa düşmedim. Tesevvür edin ki, uşağı 1-ci sinfe qoyurlar, amma 10-cu sinfin kitabını verirler. Çoxları beledir, Quranı oxuyur, lakin heç ne başa düşmür. Lakin men öz-özüme dedim ki, gözlerim, qulaqlarım var, araşdıracam, qoy, kiminse imanı yox, öz imanımda qalım. Yaradılışın nece başlaması, insanların bu veziyyete nece düşmesi ile maraqlandım. Bütün dini kitabları oxudum, İncile gelib çatanda İsa Mesihin kim olduğunu gördüm ve bütün dini kitabların İncil esasında yazıldığını gördüm. İsa Mesihin sözleri var: men son ve axırıncıyam. Bu sözü oxuyandan sonra başa düşdüm ki, men bu dinde olmaq isteyirem. Heqiqeti gördüm ve heyatımı bu dine bağladım.

 

- Sizi qınayanlar oldu?

 

- Çox çetinlikler çekdim. Ele bir ölkede yaşayırıq ki, bunu ele-bele ede bilmezsen. Men qorxmadım, çünki sabah Rebbin qarşısında insanlar mene teref dura bilmeyecekler, men özüm cavab vereceyem. Kimden qorxmağın lazım olduğunu başa düşdüm. Allahdan, günahdan, yalandan qorxmalıyam. Daha çox ailem deyir ki, heç olmasa bunu jurnalistlere bildirmeyim, çünki bütün Azerbaycana yayılır. Deyirem ki, yayılsın, men qorxmuram. Buna göre başım çox ağrıdı. Xristianlığı qebul etdiyime göre menim eleyhime yazılar yazıldı. İnsanlar da ağızlarına geleni yazırdılar.

 

- Aileniz nece qarşıladı?

 

- İndi hamısı menimle beraber kilsededirler. Çünki onların gözleri açıldı. Bir var kor-korane neinse arxasınca düşesen - hamı hara men de ora, biri de var öz seçimin ola. İncilde yazılıb ki, insanlar bilmediklerine göre cehenneme gedib çıxırlar. Men cennet ve cehenneme inanıram. Allaha inanıramsa, onun iblisi ve melekleri de var. Quranı kitab kimi qebul edirem. Amma kimden ve haradan geldiyi şübhe altındadır. Her şey bu dünyada allahdandır. Amma Qurani Kerim xilas yolunu göstermir, insana şans vermir, her şeyi qismete bağlayır. “Allah bilen meslehetdir, günahın bağışlanar, ya yox”, -deyilir. İncil ve İsa Mesihin yazdığı sözler ise mene ebedi heyatın qarantiyasını verir. Qurana son kitab deyirler, amma evveli yoxdur. Men de evvelden, elifbadan başladım. İncile çatanda başa düşdüm ki, çarmıxda her şey bitmişdi. 600 ilden sonra mene yeniden qurban getirmeyi, dua etmeyi öyredirler. Quranda çox maraqlı şeyler var. Lakin onlar mene xilas yolu getirmir, heqiqeti açıqlamır. Kosmos ve dünyanın yaradılışından danışır. Çoxları deyir ki, Mehemmed  peyğemberin yazdıqları dünyada çox açılışlar edib. Amma men insana ibadet etmek istemirem. Ona qalsa Leonardo da Vinçiye, Mendeleyev cedveline ibadet ederem. Çünki onlar da çox ixtiralar edibler. Men tek Allaha inanmaq isteyirem ki, bu dünyanı, meni yaradan, heyat veren kimdir ve men kiminle qarşılaşacam, heyatıma göre kime cavab verecem.

 

- Çox zaman insanlar dinin derinliyine gedende dinsizleşirler.

 

- Din insanın ağlı ve elleri ile yaratdığı bir Allahdır. Öz ağlı ile düşünür ve elleri ile yaratmağa başlayır ki, men buna inanmaq isteyirem, menim Allahım beledir, günah edende bağışlayacaq. İnsanlar Allahın varlığı, müqeddesliyini büt edirler, onu insan kimi formalaşdırırlar. Lakin dibine getdikce görürler ki, yaratdıqları çox balacadır, sınırlar ve artıq ona inanmaq istemirler. Çünki Allahın kim olduğunu insanlara, xüsusen de azerbaycanlılara çatdıran olmayıb. Azerbaycanın problemi budur ki, din insanlara balıq tutmaq kimi yanaşır. Yaslarda, mescidlerde çox olmuşam, oradakı söhbetleri dinlemişem ve bele neticeye gelmişem ki, onlar mene lazım deyil. Araşdırdıqdan sonra esl dinin tarixini, kökünü gördüm. Xristianlıqla tanış olanda bildim ki, menim istediyim budur ve men İsa Mesih kimi olmaq isteyirem, başqası kimi yox. İsa Mesih deyir ki, Allahını ve yaxınlarını sev. Allahını sevdikden sonra ise insanları da seveceksen, heç kimi söye, ters baxa bilmeyeceksen. Çünki bilirsen ki, bu insan onun - Allahın övladıdır. Menim, eyni zamanda başqa birinin övladına nece söymek, ters baxmaq olar? İnsanların çoxu bunu derk etmir, ona göre de müharibeler, dedi-qodular baş verir.

 

- Amma müselmanlığı qebul eden xristianlar da az deyil...

 

- İsa Mesih 2 min il bundan evvel deyib ki, vaxt gelecek dünyanın sonu yaxınlaşanda çox insan öz dinini buraxacaq ve Allahı yox, öz yollarını güdecekler. Ataya (Allaha) yol ise çox nazikdir, ordan tek gedeceksiz. Xristianlar müselmanlığı qebul edenlere pis baxmırlar. Çünki Avropanın özünde bele, xristianlıq yaxşı veziyyetde deyil. Mehemmed peyğember İsa Mesih gedenden sonra doğuldu. İsa Mesih demişdi ki, menden sonra çox peyğember gelecek. Sizi öz yollarına devet edecek ve çoxu da o yolla gedecek.

 

- Xristianlığın bütün qayda-qanunlarına emel edirsiniz?

 

- Xristianlıqda qayda-qanun yoxdur. İslamda günde 5 defe namaz qılınır, xristianlıqda ise deyilir ki, daim duat etmelisiz. Çünki rebb bir yerde deyil, o, her yerde var. Üzü tekce bir yere dönderib dua edirler, onda bele çıxır ki, o biri terefde Allah yoxdur? Tek bir istiqamete namaz qılıb dua edeceyemse, onda büte ibadet edirem. Rebb canlıdır, onunla ünsiyyetin canlı olmalıdır. Rebb büt deyil ki, ancaq bir yerde ve bir istiqamete üzünü tutub dua edesen. Rebbi her hansı ritualla çağırmaq olmaz. O, her şeyi bilir ve görür. İsa Mesih bilirdi ki, insanlar günah edir ve dedi ki, - “sizin bütün günahlarınız üçün men öz canımı feda edecem”. Nikolayın, Fyodorun şekline dua etmek, şam yandırmaq  ve s. heç biri Bibliyada yoxdur, bunlar hamısı hekayedir. İnsanlar bunu öz elleri ile yaradıblar ki, bir meqsede göre başqalarını celb etsinler. Men protestant xristianam. İnsanları formalaşdırmaq ne esl xristianlıq, ne de esl müselmanlıqdır. “Bu, bele olmalıdır” deye bir şey yoxdur. İnsanın xidmeti kilse ve mescidde deyil, real heyatda olmalıdır. Ora tekce dua etmek üçündür. İbadet edib sonra gedib içki içmek, siqaret çekmek, barlara getmek xristianlıq deyil. Eger tövbe edirsense, bütün heyat terzini deyişib geri dönmelisen. Tövbe Allaha dönmekdir. Biz Allahdan çox uzaqlaşmışıq. Allah insanları günahdan xilas etmek üçün öz oğlunu qurban verdi.

 

- Müselmanlıqda da qurban var.

 

- Bir qoyun, inek, deve günah bağışlaya biler? Mümkün deyil. Eti kes kasıblara payla, savab ele. Amma heyvan kesmek Allaha qarşı mundarlıqdır. İbrahim Allaha göre öz oğlunu qurban verirdi, Allah ise onun evezine qoyun yetirdi. Isa Mesih ise insanlara göre özünü qurban verdi.

 

- Neçe ildir xristiansınız?

 

- 1989-cu ilden.

 

- Heyat yoldaşınız da xristiandır?

 

- Beli. Azerbaycanda doğulub. Lakin bizim dinimiz eynidir, o da xristiandır.

 

- Siz xristian olduğunuz üçün o da sizin arxanızca gedir, yoxsa öz seçimidir?

 

- Biz onunla kilsede tanış olmuşuq. O da kilseye gelmeye, ibadet etmeye başladı. Onu beyendim, çox sevdim. Tanışlığımızdan 2-3 il sonra evlilik teklif etdim. O, Xezer Universitetini bitirib, reqs kafedrasında 5 il reqsle meşğul olub. İndi mene kömek edir, beraber işleyirik, o qızlara, men oğlanlara reqs dersi veririk. Beraber işleyirik, ibadet edirik ve yaşayırıq.

 

- Ona olan marağınız onun da bir növ sizin taleyinizi yaşamasına göre oldu?

 

- Onun Allaha sevgisi oldu. Bele qadın heç vaxt yalan danışmaz, heyat yoldaşına her zaman hörmet ve sayğı ile yanaşar, heç zaman aldatmaz. Bele bir qadına eminem. Bele bir qadınla heyat qurmaq olar. Men incesenet aleminde olduğuma göre neler görmüşem... Qadınlara inamım ölmüşdü. Dünyanın zinakar olduğunu düşünürdüm.  Aile qurmağa qorxurdum. Çox gec aile qurdum. Neslimizde hamı genc yaşlarında evlenib. Nenem menden küsmüşdü ki, evlenmirem. Deyirdiler ki, “30 yaşın var, evlen, senin taylarının iki uşağı var”. Atam-anam da genc yaşda aile qurublar. Aile qurmağa qorxurdum, çünki boşanmaq, ailemi dağıtmaq istemirdim. Mene benzeyir, xasiyyetimiz eynidir, bir-birimizi tamamlayırıq.

 

- Siz onunla tanış olan günü anladınız ki, o size yaxşı heyat yoldaşı ola biler?

 

- Xeyr. Men ona yaxınlaşmağa qorxurdum. Kilseye gedende bütün qızlara bacı kimi baxırsan, pis gözle baxmaq olmaz. Çünki İsa Mesih deyib ki, gözle de zina etmek olmaz. Men de ona baxmağa, zina etmeye qorxurdum. Ona bacı kimi baxırdım, üreyimde xoşum gelirdi. Gelib evde deyirdim ki, ya rebb, men günah etmek istemirem. Onu özümden qovduqca daha çox sevmeye başladım.

 

- Xristian qadınlarının üstünlüyü nedir?

 

- Serbestdirler. Müselmanlarda ise qanun var. Müselman qadınları serbestliyi sevmir ve onlara serbest olmaq icaze verilmir. Deyirler ki, serbestlik pis yola çekir. Ona göre de müselman qadınları özlerini bağlayırlar, düşünürler ki, serbest olsalar, kimse onları azdıra biler. Amma esl serbestlik başqadır. Baxır nede serbest olursan. Xristianlıqda qadınların serbestliyi günah zencirlerinden serbest olmaqdır, İsa Mesihin buyurduğu heyatı yaşamaqdır. Xristianlıqda da çox zaman serbestliyi çox yaxşı anlamırlar. Müselman qadınları özünü bağlamaqla evine, heyat yoldaşına bağlılıqlarını gösterirler. Amma xristianlıqda aileye, övladlara bağlılıq ürekde olmalıdır. Xristianlıqda serbestlik heç de yolunu azmaq deyil. Kimse qolu açıq gezirse, bu, o demek deyil ki, yolunu azıb. Bele meseleleri üstden düşünmek olmaz.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Oxunub 1087 defe