Xəbərlər ::

HADİSƏ :: Hebs edilen MTN zabitlerinin adları açıqlandı - SİYAHI

21-10-2015 17:43

Öten gün Baş Prokurorluq Milli Tehlükesizlik Nazirliyinin yüksek rütbeli zabitlerinin hebsi ile bağlı melumat yayıb. Melumatda deyilir ki, Milli Tehlükesizlik Nazirliyinin (MTN) ayrı-ayrı vezifeli şexsleri terefinden vezife selahiyyetlerinden sui-istifade ve yol verilmiş diger qanun pozuntuları faktları üzre Baş Prokurorluqda Cinayet Mecellesinin müvafiq maddeleri ile cinayet işi başlanaraq istintaq-emeliyyat qrupu yaradılıb.

Heyata keçirilmiş istintaq-emeliyyat tedbirleri ile nazirliyin bir qrup emekdaşı terefinden xidmeti vezifelerinin icrası ile elaqedar qulluq selahiyyetlerinden sui-istifade etme ve emeliyyat-axtarış fealiyyeti haqqında qanunvericiliyin teleblerini pozmaqla sahibkarlıq fealiyyeti subyektlerinin fealiyyetine qanunsuz müdaxileler edilmesi, ayrı-ayrı şexslerin hüquq ve qanunla qorunan menafelerinin pozulmasında esaslı şübheler müeyyen edilib.

Cinayet işi üzre Milli Tehlükesizlik Nazirliyinin 7 vezifeli şexsi Cinayet Mecellesinin 308.2, 309.1 ve 302.2-ci maddeleri ile teqsirlendirilen şexs qisminde celb olunaraq hemin maddelerde nezerde tutulan ittiham elan edilmekle mehkemenin müvafiq qerarları barelerinde hebs qetimkan tedbiri seçilib. Hazırda istintaq-emeliyyat tedbirleri davam etdirilir.

Trend hebs olunan MTN emekdaşları ile bağlı araşdırma aparıb. Araşdırma neticesinde melum olub ki, MTN-in Monitorinq Merkezinin reisi, general-mayor Teymur Quliyev, nazirliyin Emeliyyat-texniki idaresinin reisi, general-mayor Natevan Mürvetova, MTN-in Antiterror Merkezinin reis müavini, polkovnik İlqar Eliyev, Transmilli İqtisadi Cinayetkarlıqla Mübarize Baş İdaresinin şöbe reisi, polkovnik Fizuli Eliyev, nazirliyin Monitorinq Merkezinin emekdaşı Ferhad Atayev ve Merkezin diger iki emekdaşı hebs olunanlar arasındadır.

 


Oxunub 1109 defe