Xəbərlər ::

SOSİAL :: Prezident QHT-le bağlı ferman imzalayıb

21-10-2015 18:26

Prezident İlham Eliyev “Dövlet orqanları terefinden qeyri-hökumet teşkilatlarına qrant verilmesinin Azerbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumet Teşkilatlarına Dövlet Desteyi Şurası ile razılaşdırılması Qaydası”nın tesdiq edilmesi haqqında ferman imzalayıb.

 

 

Payiz.Az-ın AzerTAc-a istinaden melumatına göre, prezidentin imzaladığı fermanda deyilir:

 

 

“Azerbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bendini rehber tutaraq, “Qrant haqqında” Azerbaycan Respublikasının Qanununda deyişiklikler edilmesi barede” Azerbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömreli Qanununun tetbiqi haqqında” Azerbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 344 nömreli Fermanının icrası ile elaqedar qerara alıram:

1. “Dövlet orqanları terefinden qeyri-hökumet teşkilatlarına qrant verilmesinin Azerbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumet Teşkilatlarına Dövlet Desteyi Şurası ile razılaşdırılması Qaydası” tesdiq edilsin.

2. Azerbaycan Respublikasının Nazirler Kabineti:

2.1. Azerbaycan Respublikası Prezidentinin aktlarının bu Fermana uyğunlaşdırılması ile bağlı tekliflerini üç ay müddetinde hazırlayıb Azerbaycan Respublikasının Prezidentine teqdim etsin;

2.2. Azerbaycan Respublikası Nazirler Kabinetinin normativ hüquqi aktlarının bu Fermana uyğunlaşdırılmasını üç ay müddetinde temin edib Azerbaycan Respublikasının Prezidentine melumat versin;

2.3. merkezi icra hakimiyyeti orqanlarının normativ hüquqi aktlarının bu Fermana uyğunlaşdırılmasını nezaretde saxlasın ve bunun icrası barede beş ay müddetinde Azerbaycan Respublikasının Prezidentine melumat versin;

2.4. bu Fermandan ireli gelen diger meseleleri hell etsin.

3. Azerbaycan Respublikasının Edliyye Nazirliyi merkezi icra hakimiyyeti orqanlarının normativ hüquqi aktlarının ve normativ xarakterli aktların bu Fermana uyğunlaşdırılmasını temin edib Azerbaycan Respublikasının Nazirler Kabinetine melumat versin”.


Oxunub 319 defe