Xəbərlər ::

SİYASƏT :: Milli Tehlükesizlik Nazirliyinden AÇIQLAMA

21-10-2015 19:45

"Milli Tehlükesizlik Nazirliyinin ayrı-ayrı vezifeli şexsleri terefinden vezife selahiyyetlerinden sui-istifade ve yol verilmiş diger qanun pozuntuları faktları üzre Baş Prokurorluqda Cinayet Mecellesinin müvafiq maddeleri ile cinayet işi başlanıb, Milli Tehlükesizlik Nazirliyinin 7 vezifeli şexsi Cinayet Mecellesinin 308.2-ci, 309.1-ci ve 302.2-ci maddeleri ile teqsirlendirilen şexs qisminde celb olunublar".

 

Payiz.Az xeber verir ki, bu barede Milli Tehlükesizlik Nazirliyinin ictimai elaqeler idaresinin yaydığı melumatda bildirilir. Melumatda daha sonra bildirilir ki, lakin son vaxtlar bir sıra dövri metbuat ve elektron informasiya vasitelerinde intensiv suretde yoxlanılmamış ve heqiqete uyğun olmayan, şayie xarakterli melumatlar verilir: "Hemin şayielerde guya, Milli Tehlükesizlik Nazirliyinin yüksek rütbeli ve vezifeli emekdaşlarının “hebs olunması”, habele onların xidmetle bağlı olmayan fealiyyetleri barede melumatlar yayılır. Qeyd olunmalıdır ki, bu cür yalan, böhtan ve tehqir xarakterli informasiyaların yayılması yolverilmezdir.

Milli Tehlükesizlik Nazirliyi ölkede sabitliyin ve tehlükesizliyin etibarlı temin olunması üzre fealiyyetini ezmle davam etdirir, Azerbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvelerin Ali Baş Komandanı İlham Eliyevin bütün emr ve gösterişleri derhal ve vicdanla yerine yetirilir".


Oxunub 267 defe