Xəbərlər ::

İDMAN :: Tomas Tuhel: “Bizi çetin oyun gözleyir”

21-10-2015 21:52

Apasport.az saytı xeber verir ki, bu sözleri “Borussiya”nın baş meşqçisi Tomas Tuhel deyib.

 

Dortmund klubu Avropa Liqasının qrup merhelesi çerçivesinde sabah “Qebele”nin qonağı olacaq. Bu gün metbuat konfransı keçiren almanların baş meşqçisi ehtiyatlı danışıb: “Bizi çetin oyun gözleyir. Buna baxmayaraq, qelebe qazanmaq üçün elimizden geleni edeceyik”.

 

- Şmeltser sabahkı oyuna hazırdımı?

- Bir çox müdafieçimiz var. Amma Şmeltserin özü de hazırdı. Bununla bağlı sabah qerar verilecek.

 

- Oyuna o qeder de çox vaxt qalmayıb. Heyecanlısızmı?

- Tebii ki. Reqibin kimliyinden asılı olmayaraq, heyecan olur. Reqibe hörmetle yanaşırıq. Biz sabah elimizden geleni etmeye çalışacağıq. Özümüze inanırıq ve meqsedimiz var. Gerek reqibe qarşı diqqetli olaq. Topla yaxşı oynamalıyıq.

 

- Henrik Mxitaryanın yoxluğu oyununuza nece tesir edecek?

- Teessüf olsun ki, Mxitaryan siyasi mesele ile bağlı bura gele bilmeyib. Sabahkı matçda önemli oyunçumuzu itirmiş olduq. Amma onun evezinde çıxış ede bilecek başqa futbolçular var. Meselen, Yonas Hofmann sabah esas heyetde yer ala biler.

 

- “Maynts”la qarşılaşma Marko Roys 2 qola imza atdı. O, artıq evvelki formasını berpa edibmi?

- Roys penaltini yerine yetire bilmese de, neticeye tesir eden 2 qol vurdu. Yavaş-yavaş evvelki formasına qayıdır. Biz “Maynts” üzerinde ezmkar qelebe qazandıq. “Qebele” ile matçda da Roysun xidmetinden istifade ede bileceyik.


Oxunub 239 defe