Xəbərlər ::

İDMAN :: Avropa Kuboku: Temsilçilerimiz Avstriya ve İtaliya klublarına qalib geldiler

22-10-2015 00:30

Makedoniyanın Skopye şeherinde keçirilen şahmat üzre klublar arasında Avropa Kubokunda növbeti turun oyunları keçirilib.

 

Apasport.az saytının melumatına göre, yarışın IV gününde Azerbaycan klubları növbeti görüşlerini keçiribler.

 

İlk üç görüşden qelebe ayrılan SOCAR “Obiettivo Risarcimento Padova” (İtaliya) ile qarşılaşıb. Temsilçimiz qalib gelib. Komandamızın heyetinde Veselin Topalov ve Şehriyar Memmedyarov qelebe qazanıb. Diger komanda üzvleri ise heç-heçeye razılaşıblar.

 

İki qelebe qazanıb, yalnız 3-cü turda meğlub olan “Odlar Yurdu” ise “MPA-Maria Saal” (Avstriya”) klubundan üstün olub. Vasif Durarbeyli, Nicat Abbasov, Nicat Memmedov ve Zaur Memmedovun qalib geldiyi oyunda Ülvi Bacarani beraberliye razılaşıb. Emil Sutovski ise yegane meğlub olan şahmatçımız olub.

 

Şahmat üzre Klublar arasında Avropa Kuboku

IV tur

 

SOCAR - “Obiettivo Risarcimento Padova” (İtaliya) – 4:2

 

“MPA-Maria Saal” (Avstriya”) – “Odlar Yurdu” – 1,5:4,5


Oxunub 237 defe