Xəbərlər ::

İDMAN :: “Qarabağ” ve “Qebele” Avroliqada növbeti oyunlarına çıxacaqlar

22-10-2015 07:23

Bu gün Avropa Liqasının qrup merhelesinde III turun oyunları keçirilecek. Apasport.az saytının melumatına göre, turnirde çıxış eden temsilçilerimiz “Qarabağ” ve  “Qebele” növbeti oyunlarına çıxacaqlar.

 

Qurban Qurbanovun yetirmeleri seferde “Monako” ile qarşılaşacaq.  “Köhlen atlar” tarixinde üçüncü defe Fransa klubu ile qarşılaşacaq. Çempionumuz ikinci pilledeki yerini qorumaq üçün matçdan xalla ayrılmalıdı.

 

Roman Qriqorçukun yetirmeleri ise Dortmund “Borussiya”sını qebul edecek. 1/16 final şanslarını çetine salmamaq üçün “qırmızı – qaralar” bu qarşılaşmadan mütleq xalla ayrılmalıdı.

 Azerbaycan klubları ile ikinci defe üz-üze gelecek olan “Borussiya” ise daha evvel “Qarabağ”la qarşılaşmış ve reqibini her iki oyunda meğlub etmişdi. “Qebele” bu oyunda xal qazanacağı halda alman klublarını büdreden ilk klubumuz kimi tarixe düşecek.

 

 

Avropa Liqası

Qrup merhelesi, III tur

22 oktyabr

 

C qrupu

20:00. “Qebele” – “Borussiya” (Dortmund, Almaniya)

Bakı. “Bakcell Arena” stadionu

 

J qrupu

22:00. “Monako” (Fransa) – “Qarabağ”

Monako. “Lui II” stadionu


Oxunub 282 defe