Xəbərlər ::

HADİSƏ :: Bakıda maskalı şexs mağazaya bele girdi - KAMERA GÖRÜNTÜSÜ

22-10-2015 11:15

Bakıda mağaza qaret olunub. APA TV-nin xeberine göre, Nesimi rayonu, Alı Mustafayev küçesi 41 ünvanındakı mağazanın sahibi Emin Hüseynov seher işe gelende mağazanın dağınıq olduğu görüb.
 
Oğurluq edildiyini anlayan zererçekenin sözlerine göre, mağazaya daxil olan şexs peşekar olub. O, mağazada quraşdırılmış müşahide kamerasını sıradan çıxarıb: "Qonşu geldi ki, tecili aşağı düş, dükanı yarıblar. Geldim gördüm ki, doğrudan da mağazaya oğru girib. Buraları vurub dağıdıblar, qefesliyi kesib, balaca yerden içeri giribler".
 
Seher saatlarında baş veren oğurluq bir neçe saniyelik de olsa, müşahide kamerasına düşüb. Kadrlardan görünür ki, oğru mağazaya üzübağlı girib. Texminen bir saata yaxın davam eden soyğun zamanı mağazadan xeyli sayda erzaq mehsulları ve neğd pul aparılıb. Bundan başqa, mağazada quraşdırılmış elektron ödeme terminalı da sındırılıb ve xezinedeki pullar götürülüb: "Tütün memulatları, içkiler, kassadakı pul aparılıb. Esas "E-manat"ı yarıb".
 
Hadise yerine gelen Nesimi Rayon Polis İdaresi 19-cu polis bölmesinin emekdaşları el-barmaq izleri götürübler ve kameradakı görüntülere baxış keçiribler. Toplanan materiallar esasında Nesimi Rayon Polis İdaresinde araşdırmalara başlanılıb.


Oxunub 263 defe