Xəbərlər ::

HADİSƏ :: 600 min manat oğurlayan qadın emlakı müsadire olunaraq hebs edildi

22-10-2015 12:57

 

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde oğurluqda teqsirli bilinen Svetlana Quliyevanın cinayet işi üzre mehkeme prosesi yekunlaşıb.

 

Payiz.Az-ın melumatına göre, hakim Faiq Qeniyevin sedrliyi ile keçirilen prosesde hökm oxunub.

Hakimler kollegiyasının hökmüne esasen, Svetlana Quliyeva 10 il müddete azadlıqdan mehrum edilib. Mehkemenin  hökmü ile Svetlana Quliyevaya mexsus ev ve avtomobiller müsadire edilib. Hemin müsadire olunmuş emlaklar satılaraq zererçekmişin ziyanına ödenilecek.

 

Xatırladaq ki, öten prosesde dövlet ittihamçısı mehkemeden Svetlana Quliyevanın 10 il 6 ay müddete azadlıqdan mehrum edilmesini teleb etmişdi.

 

 

Qeyd edek ki, hadise öten il baş verib. Daxili İşler Nazirliyinin (DİN) yaydığı melumatda bildirilib ki, DİN Baş Cinayet-Axtarış İdaresi ve Baş İstintaq ve Tehqiqat İdaresi emekdaşlarının heyata keçirdikleri emeliyyat-axtarış tedbirleri neticesinde 2014-cü il iyunun 25-de Tatyana Quliyevanın menzilinden 5 000 manat pul oğurlayan Bakı şeher sakini Svetlana Quliyeva tutulub.

 

Daha sonra araşdırmalar neticesinde melum olub ki, S.Quliyeva hemin evden ümumilikde 600 min manat pul oğurlayıb.

 

O, Cinayet Mecellesinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla töredildikde) maddesile ittiham olunur. 


Oxunub 203 defe