Xəbərlər ::

SİYASƏT :: Sabiq nazirden Eldar Mahmudovla bağlı SENSASİON açıqlama

22-10-2015 16:46

 

 

1999-2006-cı illerde maliyye naziri işlemiş Evez Elekberov sabiq milli tehlükesizlik naziri Eldar Mahmudovla bağlı sensasiya sayıla bilecek açıqlamalar verib. Payiz.Az-ın modern.az-a istinaden xeberine göre, eks-nazir deyib ki, vezifesinden getmesinin başında Eldar Mahmudov olub.

 

“Menim işime cenab prezidentin heç vaxt iradı olmayıb. Bütün çıxışlarımda, yazılarımda, elmi eserlerimde  her zaman demişem ki, özümü bu komandanın  üzvü sayıram. Cenab prezidentin gördüyü işlerin, verdiyi qerarların, teyinatların hamısı ölçülüb biçilir ve xalq terefinden yüksek seviyyede qebul edilir.

 

Cenab  prezident defelerle memurlara tapşırıqlar verib ki, camaatın içinde olun, vetendaşlarla ünsiyyet saxlayın, onları  incitmeyin, onların problemlerini hell edin. Bürokratlığı, rüşvetxorluğu yere qoyun.

 

Bütün inkişaf etmiş ölkelerde olduğu kimi, bizde de dövlet orta sahibkara arxalanmalıdır.

 

Eldar Mahmudov nazir olandan sonra komandanın içinde çaşqınlıq yaratdı. Camaatı bir-birine vurdu. Öz maraqları çerçivesinde kimise qabağa çekdi,  kimese zerbe vurdu,  kimise diz çökdürdü. O, hakimiyyetde olduqca tesirli  idi.  Onun kesdiyi başa sorğu-sual yox idi. Hamı ondan çekinirdi. Çox hadise olub. Hamısını deye bilmerik axı. Sözü de deyende söz namine yox, esaslı demek lazımdır. Yeri gelmişken, Çingiz Abdullayevin yeni dedektiv romanlar yazması üçün mövzular var”.

 

Evez Elekberov bildirib ki, MTN daima dövletin  ana sütünu olub, daima dövletçiliyi yüksek seviyyede heyata keçirib: “Çox güman ki, bundan sonra da bele olacaq. MTN emekdaşları xalqımıza dövletimize xidmet edecekler. Cenab prezidentin verdiyi gösterişleri  heyata keçirecekler. Orda çoxlu tanıdığım ve tanımadığım peşekar insanlar var. Layiqli adamlar ora toplaşıb. Ona göre de o sistemi qaralamaq, ona başqa reyler de vermek düzgün deyil. Milletimizin gelecek perspektivinin inkişafında da o orqanın rolu olacaq. Bir nefer geldi, müeyyen ambisiyalı, qerezli formada  keçmiş dostlarını, qohumlarını öz etrafına yığdı. Sonra da çıxdı getdi. Düşünürem ki, bundan şou düzeltmek de doğru deyil. Her kes öz cezasını almalıdır. Layiqli ile layiqsiz tanınmalıdır. O zaman cemiyyetimiz de daha tez saflaşar”. 


Oxunub 372 defe