Xəbərlər ::

SOSİAL :: Bakı-Sumqayıt yolu: "Sürüşme dayanıb" - HADİSE YERİNDEN

22-10-2015 17:33

"Oktyabrın 7-den Bakı Sumqayıt yolundakı baş vermiş sürüşme hele de davam edir". Bunu Ekologiya ve Tebii Servetler Nazirliyinin (ETSN) Milli Geoloji Keşfiyyat Xidmetinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Elemdar Piriyev Payiz.Az-a açıqlamasında deyib. Mesele ile bağlı sürüşen erazide tikinti-berpa işlerini aparan "AVRO-ASİYA İNŞAAT KORPORASİYASI "EVRASCON" Açiq Sehmdar Cemiyyeti ile de elaqe saxladıq. Cemiyyetin sedr müavini Vaqif Hacıyevin sözlerine göre, erazide berkitme işleri hele de davam etdirilir: “İlk günden baş veren sürüşme berkitme işleri aparandan sonra demek olar ki, tamamile dayanıb. Sürüşmenin ilk günleri çatlar güne 2-3 sm. olurdu. Demir bendler qoyulandan sonra 3 gün erzinde 1 mm ferq var. Getdikce, tam dayanacaq”.

Şirket resmisinin onu da elave edib ki, hazırda avtovağzal kompleksi ile yol arasındakı istnad divarına 80 metr uzunluğunda kenar vurulub: “Divarın üzüne suvaq vurulacaq. Ondan sonra dayaq rolunu oynayacaq divar tikilecek. Bezi hisselerine metal dayaq vurulub. Arada qaraj olduğundan, bezi hissesi beton divarla berkidilecek. Suvaqdan sonra demirleme işleri de edilecek”.

 

Bakı-Sumqayıt yolunun çökmesi meselesine gelince V. Hacıyev bele bir tehlükenin gözlenilmediyini qeyd edib: “Heç bir qorxusu yoxdu. Berkidilme işleri davam edir. Texminen 10-15 gün erzinde işler bitecek”.

Baş verenlerle bağlı hadise yerine yollandıq. Erazi hasara alınmış, kenar şexslerin içeri daxil olmasına qadağa qoyulmuşdu. Eyilen istinad divarının yerleşdiyi erazide ise qızğın iş gedirdi. Erazinin mühafize xidmeti bunun tehlükeli olduğunu qeyd ederek, bizi daha yaxına buraxmadılar.

Qeyd edek ki, oktyabrın 7-de Bakı-Sumqayıt yolunda sürüşme baş verib. Sürüşme hadisesi şeher istiqametinde, Bakı Avtovağzal kompleksinin qarşısında qeyde alınıb.

Sürüşme neticesinde yolda istinad divarı eyilib, Avtovağzalın yola yaxın heyetinde iri çatlar emele gelib. Yolun Sumqayıtdan Bakıya gelen istiqametde yolun ortasında böyük çatlar yaranıb, yolun ortasından Avtovağzal istiqametinde qeyri-beraber çökme baş verib.


Oxunub 145 defe