Xəbərlər ::

HADİSƏ :: RAYON ŞOKDA: Ağsuda daha bir dehşetli qetl

22-10-2015 22:41

Ağsu rayonunda  qetl hadisesi töredilib. APA-nın yerli bürosunun xeberine göre hadise bu gün axşam saat 20:00 radelerinde rayonun Kalva kendinde qeyde alınıb. Kend sakini 34 yaşlı Hacıyev Elşen Sevdayı oğlu şexsi münasibetler zemninde aralarında baş veren dava zamanı Şamaxı rayonunda yaşayan ve onun evine qonaq gelen bacısının heyat yoldaşını, 1975-ci il tevellüdlü Zeynalov Asif Adil oğlunu öldürüb. Ov tüfenginden açılan ateş neticesinde gülle yarası alan Asif Zeynalov hadise yerinde dünyasını deyişib. Asif Zeynalovun qaynı terefinden hansı sebebden qetle yetirildiyi hele ki, tam melum deyil. Hadise şahidlerinin sözlerine göre onların arasında evveller pul borcuna göre söz-söhbet olub. Elşen Hacıyev hadise töreden zaman serxoş olub. Evveller Rusiyada ve Azerbaycanda mehkumluq heyatı süren Elşen Hacıyev saxlanılaraq istintaqa tehvil verilib. Onun qetl hadisesi zamanı istifade etdiyi ov tüfengi maddi sübut kimi götürülüb. Hazırda rayonun hüquq-mühafize orqanlarının emekdaşları hadise yerindedir.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğu terefinden cinayet işi açılıb, araşdırma aparılır.       


Oxunub 624 defe