Xəbərlər ::

HADİSƏ :: Baş geoloq: "Avtovağzalın istinad divarı sökülmelidir"

22-10-2015 23:41

Bir neçe gündür Bakı Beynelxalq Avtovağzalı qarşısındakı yolda çökme müşahide olunur. APA TV-nin xeberine göre, sürüşme-çökme baş veren erazideki istinad divarında aidiyyeti qurumlar terefinden berkitme işleri aparılsa da, berpa olunan sahelerde çatlar getdikce daha da derinleşir.

 

Bu gün erazide çekiliş apararken biz de bunu müşahide etdik.

 

Eraziye çatanda hemin hissede temir işlerinin getdiyinin şahidi olduq. Fehleler kamera önünde danışmaq istemese de, şifahi olaraq bildirdiler ki, işlerin ne zaman başa çatdırılacağı barede onlarda her hansı melumat yoxdur. Çöküntü sahesinde faktla bağlı açıqlama vere bilecek selahiyyetli şexs tapmadığımızdan, üz tutduq Ekologiya ve Tebii Servetler Nazirliyinin Milli Geoloji Keşfiyyat Xidmetine. Xidmetin Planlama Ekspedisiyasının baş geoloqu Emrah Piriyev bildirdi ki, çöküntü prosesinin davam etdiyi 7-8 gün erzinde rehberlik etdiyi ekspedisiyanın emekdaşları ile bir neçe defe eraziye baş çekib: "Hadise müeyyen texnogen proseslerin, daha doğrusu, eraziye su kütlesinin yığılması neticesinde baş verib. Bu da istinad divarı arxasına tökülmüş olan torpağı mehlul halına salıb ve neticede orada çökme prosesi baş verib. Hemin çökme de istinad divarlarından 70 santimetredek avtovağzal binasına doğru irelileyib ".

 

Mütexessis çökme zonasında yaranan problemin kökünden helli üçün çıxış yolu da teklif edir. O, hazırda aparılan berpa işlerinin müveqqeti xarakter daşıyacağı qenaetindedir. E.Piriyev hesab edir ki, istinad divarı sökülmeli ve yeniden berpa olunmalıdır.

 

Mütexessis elave edib ki, yağışlar intensiv xarakter alacağı teqdirde, sürüşme-çökme prosesi daha da aktivleşecek.


Oxunub 283 defe