Xəbərlər ::

HADİSƏ :: Ağcabedide pul deyişen şexsin meyiti su kanalından tapıldı

23-10-2015 10:21

 

 

Bu il oktyabrın 17-de itkin düşen Ağcabedi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu erazisinden keçen hissesinde tapılıb.

 

APA-nın yerli bürosunun xeberine göre, V. İsmayılovun meyiti ailesine tehvil verilib.

 

Sehiyye Nazirliyinin Mehkeme Tibbi Ekspetriza ve Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbesinden APA-ya bildiirlib ki, meyit müayine olunub ve üzerinde heç bir zorakılıq elameti aşkarlanmayıb. Merhumun 6 gün evvel öldüyü müeyyenleşib. İlkin ehtimala göre, ölümün sebebi suda boğulmadır.

 

Hadisenin qesd ve ya intihar olması araşdırılır.

 

Qeyd edek ki, Ağcabedide “Kolxoz bazarı” adlanan yerde xarici valyutanın alqı-satqısı ile meşğul olan 1956-cı il tevellüdlü V. İsmayılov oktyabrın 17-de saat 07:40 radelerinde evden çıxıb ve geri qayıtmayıb.

 

 

Bununla bağlı Ağcabedi Rayon Polis Şöbesi terefinden axtarış elan olunub.

 

Xatırladaq ki, bundan önce de hemin erazide xarici valyutanın alqı-satqısı ile meşğul olan iki nefer müemmalı şekilde yoxa çıxıb. Rayonun Qaravelli kend sakini, 1959-cu il tevellüdlü Meherremova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-de, Ağcabedi şeheri, Hezi Aslanov küçesi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il tevellüdlü Vüqar Hümbetovun ise 2015-ci il mayın 27-de itkin düşüb.


Oxunub 352 defe