Xəbərlər ::

SOSİAL :: Asfalta sepilen qerenfiller

23-10-2015 12:25

 

 

Her seher avtobusla işe gelende Bayraq meydanının yanından keçirem. İster-istemez, bu yerde bütün ağırlığımı öz içime qaldırıram. Bu asfaltın altı Bayıl türmesi olub. Bu türmede Mikayıl Müşfiqi ağıldan kem, qoldan güclü müstentiqler döyende onun dodağından sıçrayan bir damcı qan hele de asfaltın altında diridir. Biz o qanın üstünde dayanmışıq.

 

Hemin yerin kenarında bir dayanacaq var, hemişe adamlarla dolu olur. Belke de hemin dayanacaq Müşfiqin xatiresi önünde hörmet remzi kimi qoyulub. Onu düşünenlerin xeberi olmadan bele.   

 

Avtobuslar, adamlar bir-iki deqiqe burda dayanırlar. Qabaq Bayıl türmesinin qabağında adamların bu cür dayanmağını görmüşdüm. Elde bağlamalar, üzde keder… İndi ise  adamlar ele bil Müşfiqin dodağından düşen o bir damla qanın xatiresi önünde baş eyib  keçirler. Adamların çoxu bundan xebersizdi. Xeberleri olsa da, olmasa da, vaxt, zaman bu “ziyareti” onların alnına yazıb.

 

Asfaltın altında Mikayıl Müşfiqin yerde qalan qanı ve ondan bir az yükseklikde dayanan üç rengli Dövlet bayrağımız nece de gözel qafiyelenir.

 

Men her defe buralardan keçende bir ses eşidirem. Sanki bayraq torpağın altındakı qanı çağırır: “Gel yanıma...” Qan deyir: “Men torpağın  altında çıxsam, külek seni  dalğalandırmaz. Men de yerin, torpağın bayrağıyam...”

 

Bir defe bir deste qerenfili sepdim asfaltın üste. Maşınlar bir anlığa dayandılar. Qerenfilin üstünden keçmediler. Dayanacaqdakı adamlar çaşmışdılar. Bayraq Meydanının   gözetçileri qerenfilleri yerden yığıb zibil qutusuna atdılar.

 

Sonra adamlara kiçik izahat verdim: “Dayandığımız bu yerde Bayıl türmesi vardı, onu sökdüler”... Sonra çox qısa 37-ci ilden danışdım: “Bu torpağın altında Mikayıl Müşfiqin, Ehmed Cavadın, Hüseyn Cavidin, Seyid Hüseynin haqq isteyen ruhları yatır...”

 

Adamlar meni dinleyib çox kederlendiler.

 

Bu yerin altında ne qeder diri insan sesleri var. Bayıl türmesinin dehşeti o vaxt bütün sovet mekanını başına götürmüşdü. Bura gelenler geri qayıtmırdılar. Meşhur “Üçlüyün”  mehkeme adı altında verdiyi qerara esasen ziyalılarımız ele bu türmeden gemi ile Nargin  adasına aparılıb, güllelenirdi. Nargin adasına baxıram. Bayıl türmesi ile onun arası ele de uzaq deyil. Göresen, Müşfiq balaca gemi ile Nargine aparılanda ne düşünüb?

 

Deyirler, Mikayıl Müşfiq hebs olunandan sonra onun heyat yoldaşı Dilberi de tutublar. Dilber sehere qeder bu türmede “Müşfiq” – deyib, nale çekirmiş. Onun sesine bütün  türmedekiler ağlayırmış. Dörd divar o üze M. Müşfiq bu sesi eşidirmiş. Dodaqlarının qanı ile divara şeirler yazırmış… Sonra Dilber deli olur.

 

Bir gün Mircefer Bağırov iki defe SSRİ Dövlet Mükafatı laureatı, akademik Heyder Hüseynovu yanına çağırıb, berk danlayır (“Azerbaycanın ictimai fikir tarixinden” kitabında Şeyx Şamilden behs etdiyine göre) ve qeti suretde tapşırır ki, 3 gün vaxt verirem, özünü öldür, yoxsa seni Bayıl türmesine gönderecem.

 

Heyder Hüseynov eve gelir. İki gün erzinde bütün vezifelerini, titullarını elinden alırlar.

 

Heyder Hüseynov da, hamı kimi, Bayıl türmesinin dehşetlerinden berk qorxurdu. Elektrik çarpayıları, kanalizasiyadan götürülmüş sidik dolu çellekler ve qoşun kimi dustaqlara hücum çeken bitler onun en böyük qorxusu idi. Ona göre de akademik vena damarını kesib özünü öldürmekle Bayıl türmesinden xilas oldu.

 

İndi her gün üstünden keçdiyim bu asfaltın altında Mikayıl Müşfiqin dodaqlarının qanı  ayağa qalxmaq isteyir. İndi burda marşrut gözleyen adamlar o qanın xatiresi önünde özleri de bilmeden dayansalar da, o qanı yerden götürmek mümkün deyil. Biz o qanın üstünde dayanmışıq. Gerek bu ikizolaqlı yolun ten ortasında bir xatire lövhesi asaydılar, hemin lövheye bu sözler yazılaydı: “İnsanlar, burdan yavaş ve sükutla keçin, burada Bayıl türmesi olub”.

 


Oxunub 410 defe