Xəbərlər ::

SOSİAL :: (R) “Bank of Baku” Mehdudiyyetlere Meydan Oxuyacaq

23-10-2015 12:59

 

Azerbaycanın bank sektorunda bir çox ilklere imza atmış “Bank of Baku” bu defe fiziki elilliyi olan şexslerle birlikde cemiyyetimizi bütün mehdudiyyetlere qarşı meydan oxumağa çağıracaq.

Bele ki, 26 oktyabr 2015-ci il tarixinden etibaren “Mehdudiyyetlere Meydan Oxuyaq” adlı yeni sosial layihenin ilk telimine start verecek Bank of Baku 40 nefere yaxın müxtelif dereceli fiziki elilliyi olan işsiz şexslerin peşe bacarıqlarının inkişaf etdirilmesine ve yiyeleneceyi peşeye uyğun olaraq işle temin olunmasına çalışacaq.

01-14 oktyabr tarixlerinde aktiv olan qeydiyyat dövründe 70 nefere yaxın şexs erize formasını dolduraraq layihede iştirak üçün müraciet etmiş ve onlardan hedef qrupuna en çox uyğun gelen 40 nefere yaxın erizeçi seçilerek telimlerde iştirak hüququ elde etmişler.

Böyük ekseriyyeti paytaxt Bakının sakinleri olan layihe iştirakçılarının müeyyen bir qismi Şeki, Astara, Lerik, Celilabad ve diger rayonlardandır.

1 ay erzinde davam edecek layihe çerçivesinde iştirakçılar yerli ekspertler terefinden 4 mövzu etrafında – Sosial şebekelerin idareedilmesi, Melumat Merkezi İşi, Şebeke administratorluğu, Bloqçuluq, Psixologiya ve Motivasiya üzre telimlerde iştirak edecekler.

Telimleri uğurla bitiren her bir iştirakçıya sertifikat teqdim etmekle yanaşı, “Bank of Baku” onların iş imkanlarının daha da artırılması üçün bankın resmi sosial şebekelerinde ve internet ünvanında bütün mezunlara dair etraflı melumatın yerleşdirilmesini nezerde tutur.

Qeyd edek ki, 26 oktyabr saat 11:00-da keçirilecek resmi açılış merasimi ile yanaşı bütün telimler Hilton Baku hotelinde teşkil olunacaqdır. Layihenin icrasında destek olan esas terefdaşlar Müsteqil Heyat İnkişaf ve Destek Merkezi,  Hilton Baku hoteli, Shamans Creative Bureau, Prosper Digital Agency, Jamil Mirzoyev, Alex Levi Photo, Sultan’s Restaurant, BrandUp Digital Agency şirketleridir.

Layihe ve terefdaşlara dair daha etraflı melumatı bu linke daxil olmaqla ve ya bankın 145 Melumat Merkezine zeng etmekle elde ede bilersiniz.

 


Oxunub 424 defe