Xəbərlər ::

HADİSƏ :: Gelini ile birlikde oğlunu öldürmekde teqsirlendirilen şexs hebsde qaldı

23-10-2015 15:03

 

Sumqayıt Apellyasiya Mehkemesinde 14 il evvel gelini ile birlikde oğlunu öldürmekde teqsirlendirilen Hesen Eliyevin şikayetine baxılıb.

 

Payiz.Az-ın melumatına göre, mehkeme şikayeti temin etmeyib.

 

Qeyd edek ki, Quba rayon Polis Şöbesinin emekdaşlarının heyata keçirdikleri emeliyyat tedbirleri neticesinde Quba rayon sakini, 1976-cı il tevellüdlü Erebova Yegane Mayıl qızı ve onun qayınatası Hesen Eliyev tutulub.

 

Aparılan araşdırmalar zamanı melum olub ki, onlar 2001-ci ilde Eliyev Elman Hesen oğlunu qetle yetirerek, doğrayıb yaşadıqları evin heyetindeki ayaqyolu quyusuna atıblar.

 

Quba rayon Mehkemesinin qerarı ile Hesen Eliyev ve onun gelini Yegane Erebova baresinde 4 ay müddetine hebs qetimkan tedbiri seçilib. Daha sonra istintaq orqanın vesateti esasında mehkeme hemin müddeti elave olaraq 3 ay müddetine artırıb. Hemin qerarla razılaşmayan H. Eliyev ise apellyasiya şikayeti verib.

 

Qeyd edek ki, öldürülen Elman Eliyev Hesen Eliyevin oğlu, Yegane Erebovanın ise heyat yoldaşı olub.

 


Oxunub 267 defe