Xəbərlər ::

HADİSƏ :: Gencede dindarlar icazesiz aksiya keçirib: saxlanılanlar var

23-10-2015 16:32

 

 

Gencede dindarların saxlanılmasının sebebleri melum olub.

 

Gence şeher Baş Polis İdaresinden APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas mescidinin qarşısında icazesiz yürüş keçirmeye cehd gösterib. Hadise yerine polis qüvveleri celb edilib ve cehdin qarşısı alınıb.

 

Polisden hemçinin bildirilib ki, hadise zamanı asayişi pozan bir neçe dindar saxlanılıb.

 

Hazırda erazide polis emekdaşları asayişin qorunması üçün tedbirleri davam etdirir.


Oxunub 319 defe