Xəbərlər ::

İDMAN :: Şehriyar Memmedyarov: "Çempion olmamaq facie deyil"

25-10-2015 10:15

Şahmat üzre Avropa Kubokunda gümüş medal qazanan "SOCAR-Azerbaycan" klubunun üzvü Şehriyar Memmedyarov yarışın yekunlarıyla bağlı suallara cavab verib. Payiz.Az müsahibeni teqdim edir.

- Ötenilki çempion "SOCAR-Azerbaycan" bu defe gümüş medal qazandı. Turnirin yekun neticesinden razısınız?
- Fikrimce Azerbaycan klubu normal çıxış etdi. Bu il Avropa Kubokunda reqabet daha yüksek idi. Yeni komandalar mübarize aparırdı. İkinci yeri tutmaq pis netice deyil. 50 klub arasında gümüş medal qazanmaq asan deyil. Medal elde etmek her zaman sevindiricidir. Bu münasibetle komanda yoldaşlarımı tebrik edirem. Elbette, daha yaxşı neticeye inanırdıq. Turnirden evvel meqsed yalnız çempionluq idi. Gümüş medalı normal netice kimi deyerlendirirem.

- Yeqin, razılaşarsan, 5-ci turda Rusiyanın "Sibir" klubuna meğlubiyyet çempionluq yolunda en böyük zerbe oldu...
- Meğlubiyyetden sonra ümid qalırdı. Amma başa düşürdük ki, artıq onlar liderdi. Çempionluq bizden bir qeder uzaqlaşdı. Güclü heyete malik komandadır. Avropa Kubokunda istenilen reqibe qalib gele bilerdiler. Eger biz "Sibir"i saxlaya bilmedikse, o biri komandaların bunu edeceyine inam az idi. Meğlubiyyetden sonra liderliye qayıdacağımıza inam azaldı.

- "Sibir"in çempionluğunda rusiyalı Vladimir Kramnikin rolunu xüsusi qeyd edirler. Bu qelebede Kramnik ne derecede böyük rol oynadı...
- Kramnik güclü şahmatçıdır. Amma çempion olan komandadır. Ola bilerdi ki, Kramnik yaxşı oynasın, amma klub uğursuz çıxış etsin. Lakin bele olmadı. Klubda her bir şahmatçı bir-birini tamamladı. Güclü kollektivleri var idi, layiqli oyunla çempion oldular. Kramnik bu yaşında çox gözel performans sergiledi. Son aylar çıxış etdiyi yarışlarda en yaxşı oyununu gördük. Bununla bele qelebede her bir şahmatçının böyük rolu oldu.

- 2014-cü ilde çempion olan "SOCAR-Azerbaycan"a titulunu qorumaq üçün ne çatmadı?
- "SOCAR-Azerbaycan" iki defe Avropa Kubokuna sahib olub. Müxtelif illerde gümüş ve bürünc medallar qazanmışıq. Eger reqabet olmasaydı o zaman indi meyus olardıq. Lakin çox güclü reqabet var idi. Medallar uğrunda 10-a yaxın komanda mübarize aparırdı. Bele gergin mübarizenin sonunda gümüş medal qazanmaq yaxşı neticedir. Çempion olmamaq facie deyil. Avropa Kubokunun qalibinin heyetinde güclü şahmatçılar çıxış edib. Onlar bizden geri qalmırdılar. Demek olar ki, beraber komandalarıq. Sadece olaraq hamı bizden çempionluq gözleyirdi. Çempion olmayanda bezileri üçün qeribe gelir.

- Avropa Kubokunda oyununu nece qiymetlendirirsen?
-Son tura qeder çox yaxşı qiymetlendirirdim. Lakin 7-ci turda bir az veziyyeti düzgün qiymetlendirmedim. Fikirleşdim ki, qelebeye oynamaq olar. Heç-heçeye razılaşmadım, menasız risk etdim. Paralel keçen görüşde lider "Sibir" meğlub durumda idi, uduzsaydılar qelebe qazanmaqla biz çempion ola bilerdik. Buna göre risk etdim. Menasız risk etdim ve uduzdum. Normalda risk etmeden uduzmazdım. 7 oyunda 3 qelebe qazandım. İki görüşde heç-heçe oynadım ve bir partiyada meğlubiyyet acısı yaşadım. Fikrimce normal oynadım. Daha yaxşı oyun gözleyirdim. Lakin turnir ağır keçdi. Son zamanlar ağır turnirlerimiz çox oldu. 

- "SOCAR-Azerbaycan"ın çıxışını 5 ballıq sistemle neçe qiymetlendirerdin?
- Neticemizden razı qaldım. Nezere almaq lazımdır ki, güclü heyetle ümumiyyetle mükafatçılar sırasına düşmeyen komandalar oldu. 5 sistemle Avropa Kubokundakı oyunumuza 4 vererdim.

- İlin son yarışı gelen ay İslandiyada baş tutacaq. Avropa Kubokundan sonra komandalar arasında Avropa çempionatında iştirak etmek çetin olmayacaq?
- Komandalar arasında Avropa çempionatı şahmatçılar üçün ilin esas yarışlarından biridir. İndi desem ki, yorğunam düzgün çıxmaz. Komanda yarışından daha yaxşı netice qazanmağa çalışacayıq. Makedoniyadakı neticeden, oyun keyfiyyetinden narazı deyilem. Sadece olaraq daha yaxşı çıxış etmek olardı. Qite birinciliyine çempion kimi yollanacayıq. Son qalib kimi titulumuzu qorumaq üçün mübarize aparacayıq.


Oxunub 389 defe