Xəbərlər ::

MƏDƏNİYYƏT :: Aktrisa kimi yaşamaq, yoxsa...

25-10-2015 13:21

 

Mühafizekar bir ailenin qızı menim qızımla bir sinifde oxuyur ve mektebi bitirdikden sonra aktrisa olmaq istediyini deyir.

Men bilirem ki, ailesi heç vaxt onun aktrisa olmasını istemez ve buna izn vermez.

Ve men bilmirem ki, ailesine qarşı çıxıb doğrudan da aktrisa olmağı seçecekmi o qız.

Onun variantında seneti seçib doğmalarına qarşı çıxmaq – özünü küreyini söykeyeceyin möhkem bir divardan mehrum etmekdir ve gelecek heyatını qeyri-müeyyen bir mecraya doğru yöneltmekdir.

Biz ekseriyyetin öz qızlarını ali tehsilden ( hetta tam orta tehsilden de ) ayrı tutduğu cemiyyetde yaşayırıq.

Bu ekseriyyetden kenar olan azlığın da ekseriyyeti qızlarını burdan ali mektebe buraxıb, o yandan hemen adaxlayanlardan ibaretdir. Bu yol hem tehsil xerclerinden, hem de qızın üzerinde ümumi nezaretin mesuliyyetinden valideynleri bir növ azad etmiş olur. Ve hemin adaxlıların da ekseriyyeti hemin qızları ya ele tehsil xerclerine göre, ya özleri ve ailelerindeki qadınlar tehsilsizdir ve gelin üstün olmasın deye, ya da sadece qısqanclıq ucbatından tehsili yarımçıq buraxmağa vadar edirler.

Yerde qalır ya ailelerinin hem maddi, hem menevi desteyini tam gören qızlar ve bir de ailelerinin tam başlı-başına buraxdığı ve ya ailelerinden demek olar ki imtina etmiş qızlar.

Ve bele bir toplumda bir yeniyetme qızın birden-bire “Men aktrisa olacam!” demesi insanı düşündürmeye bilmir.

Düşünürem ki, göresen ölkemizdeki hansı aktrisanın heyat ve yaradıcılığını, ümumi görkemini beyenib ve onu öz idealı kimi görerek seçib o qız aktrisalığı?

Meselen, Meleyke Esedovanın bahalı geyimlerini, zengin evini, gözellik ve istedad problemini hell ede bilen maddi imkanlarınımı?

Belke Afaq Beşir qızını?

Belke telekanallarımızı bürüyen serial bumunun ümumi axınındakı genc aktrisaları?

Yoxsa bir-birinin dalınca dünyasını kiraye evlerde ve xeste, kömeksiz veziyyetde deyişen  Xanım Qafarovanı, Nuriyye Ehmedovanı, Gülnar Memmedovanı?

Bakıda da, eyaletlerde de ilk gencliklerinde şövqle, meşhurluq, zenginlik, alqış ve sevgi isteyerek sehne heyatına atılan, amma iller keçdikden sonra sehnenin kenara atdığı, boynunu büküb epizodik en xırda rol üçün de Allaha min defe şükür eden saysız-hesabsız aktrisalarımı?

 

Heyat zaten bir teatrdır, demişdi Şekspir, insanları aktyorlara benzederek.

Ve eynen nağıldakı Melikmemmed kimi, ağ qoçu seçib, birce andaca onun seni üstüne tulladığı qara qoçla kifayetlenmeli olacağını heç gözlemirsen.

Dünyasını ulduz kimi yox, sönmüş işıq lampası kimi deyişen aktrisaların da heyatlarının ilk illeri gülüşler, alqışlar, gözellikler içinde keçmişdi.

Son illeri ise...

Belke bu son illeri bir yerde, eyni bir mekanda, eyni bir senetin yolçuları olaraq birge keçirmelerine imkan yaratmaq lazımdır?

Meselen, aktyor evi kimi.

Yaşını, doğmalarını, senet imkanlarını itirmiş aktyor ve aktrisalar hemin evde sığınacaq tapar, bir-birlerine menevi dayaq olar, belke hetta öz sığınacaqlarında da öz teatrlarını qurardılar. Axı senet adamları adi adamlardan ferqlidirler. Onları onlardan başqa kimse tam anlaya ve qebul ede bilmek iqtidarında deyil. Yaradıcı adam öz qabında olmayanda dağıdıcı olmağa mehkumdur – ya özünü, ya çevresini.

Belke bu haqda düşünmeye deyer, he?!

 


Oxunub 356 defe