Xəbərlər ::

HADİSƏ :: Aile faciesi: Ata ve bir oğlu öldü, o biri yaralandı

25-10-2015 21:38

İsmayıllı rayonunda bir ailenin iki üzvünün ölümü, bir neferin xesareti ile neticelenen avtomobil qezası baş verib.

 

APA-nın yerli bürosunun xeberine göre, hadise bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 180-ci kilometrliyinde, İsmayıllının Xelilli kendi erazisinde qeyde alınıb.

 

Qazax rayonu Daşsalahlı kend sakini Vaqif İsmayılovun idare etdiyi 90-BV-449 dövlet nömre nişanlı “Mercedes” markalı minik avtomobil yoldan çıxaraq aşıb. Hadise neticesinde sürücü Vaqif İsmayılov ve oğlu Mehemmed İsmayılov aldığı ağır xesaretler neticesinde hadise yerinde dünyasını deyişib.

 

Sürücünün diger oğlu İsmayıl İsmayılov ise ağır xesaretlerle Ağsu Merkezi rayon Xestexanasına yerleşdirilib.

 

Hadise zamanı avtomobilde baş veren yanğının söndürülmesi üçün eraziye Ağsu ve Göyçay Dövlet Yanğından Mühafize Hisselerinin iki yanğınsöndüren maşın celb olunub.

 

Faktla bağlı Baş Dövlet Yol Polisi İdaresinin istintaq ve tehqiqat şöbesi terefinden araşdırma aparılır.


Oxunub 225 defe