Xəbərlər ::

HADİSƏ :: Noyabrın 1-i saat 8-den 19-dek - SEÇKİLER

26-10-2015 10:30

Milli Meclise keçirilecek seçkilerle elaqedar sesverme proseduru açıqlanıb.

 

APA-nın melumatına göre, noyabrın 1-de saat 7:30-da seçki menteqelerinde  sesvermeye hazırlıq işlerine başlanacaq.

 

Saat 7:50-de menteqe seçki komissiyalarının sedrleri terefinden seçki menteqeleri açıq elan edilecek ve seçki qutuları kilidlenecek. Menteqe seçki komissiyalarının sedrleri saat 8:00-da sesvermenin başlanmasını, saat 19:00-da ise ses vermek üçün seçicilerin seçki menteqesine daxil olmasının başa çatdığını elan edecek.

 

Merkezi Seçki Komissiyası Katibliyinin İnformasiya Merkezi terefinden sesvermenin gedişi ve onun neticeleri barede saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 ve saat 19.00-da ilkin melumatlar verilecek.

 

Sesvermenin gedişi ve onun neticeleri barede alınan melumatlar hüquqi ehemiyyet daşımayan ilkin melumatlar hesab edilir.


Oxunub 498 defe