Xəbərlər ::

SOSİAL :: Kommunist arvadlarının xahişi, gizli tekyeler, İmamın ayaq basdığı yer - REPORTAJ

26-10-2015 11:35

Lenkeran camaatını bir ilin içinde iki defe bir yere toplanmış görmek mümkündür. Biri Axır çerşenbe günüdür, bir ise Aşura.

 

O gün ise Aşura idi.

 

Bu setirleri küçemizden keçen izdihamın “Ya Hüseyn!” , “Hüseyn vay!” sedaları altında yazıram. Dözmürem, pencereden boylanıb bir neçe şekil ve qısa video çekmeye de cehd edirem. Qırmızı, qara, yaşıl bayraqların arasında üçrengli Azerbaycan bayrağı da dalğalanır.

Şeherde bu sedalardan başqa bir ses duyulmur.

Hamı mescidlere, İmam Hüseyn ziyaretine gedib.

Hamı “Can sene qurbandı bu gün, ya Hüseyn!” deyir.

 

Dünen seherden axşama kimi bizim binanın qadınları heyetde ocaqlar qalayıb hedik bişirdiler. Heyetdeki qapıları açıq avtomobilden mersiye eşidilirdi. Ele şeherin her terefinden de olduğu kimi. Mescidlerden, evlerden, cib telefonlarından...

Son on günde Lenkeranın demek olar ki, bütün taksilerinde ve dükanlarında da  mersiye oxutdurulub. Bu hal Meherrem ayının sonuna kimi davam edecek.

Yeri gelmişken, Aşura günü ehsanı kimi Lenkeranın şeher ehalisi hedik aşı bişirir, kend ehalisi ise şirin südlü aş. Sarıköklü, darçınlı, şekerli qatı sıyıq Aşuranın gecesinden ta seherine kimi mescid-mescid, tekye-tekye dolaşıb “Hüseyn vay!” deyen adamlara seher-seher teklif olunur mütleq. Mescide gede bilmeyenler evlerinde bişirirler hemin gün bu aşı.

Uşaqken nenemle getdiyim gizli tekyeler düşür yadıma. Hamı eyni cur salamlaşardi: "İmam savab versin!" Cavab bu cür idi: “Bahemdige!”

Gizli tekyelerde adeten qadınlar toplaşardılar.  

Mescidler ibadete qapadılmışdı çünki.

Kend mescidleri Sovet hökumetinin dövründe ya kitabxana, ya anbar, ya klub ve s. kimi fealiyyet gösterirdi. Meselen, bizim kendin mescidi kitabxana idi. Dünya ve Sovet edebiyyatı nümuneleri toplanmış neheng zalda stellajların arasında gezişib, uşaq edebiyyatı bölmesini axtardıqca, kitab qoxusunu ciyerlerime çekmeyi o qeder severdim ki. Ve mehz uşaq edebiyyatı yığılmış stellajın yanında neheng qara minber vardı, pilleleri, hündür oturacağı, bezekli qoltuqları ile olduqca ağır ve zehmli görünürdü. Biz uşaqlar nenelerimizin bize danışdığı imam-peyğember hedislerinin tesiri altında, qorxa-qorxa baxardıq ona. Ele bilerdik, nenelerimizin gözlediyi on ikinci imamın taxtı-tacıdır ki var, biz görmesek de, O, ordadır, her addımımızı görür, izleyir.

Bizim kendin mescid-kitabxanasına hamı – kitabxanaçı qadınlar da, oxucular da ayaqqabılarını çölde soyunaraq daxil olardılar. İçeri tertemiz hesirlerle döşenmiş idi, yadımdadır. Menim nenem her cüme günü canamazını götürüb, bir sini de halva-çörekle mescid-kitabxanaya yollanardı, halva-çöreyi minberin üstüne qoyaraq, namazını qılar, sonra getirdiklerini ehsan paylayardı kitabxanaçılardan tutmuş, ta evedek rast geldiyimiz her kese.

 

Mescidde tek-tük nüfuzlu qadınların xelveti namaz qılmaq ixtiyarı vardı, vessalam. Adi vaxtların cüme namazlarından elave de Meherrem ayının ayinleri vardı ki, qadınlar hemin ayinleri yaşatmaq, yerine yetirmek üçün evlerde qurulmuş gizli tekyelerde toplaşardılar. Meherremliyin ilk günlerindence her axşam balaca qız nevelerini de yanlarına salıb kendin gizli tekyeli evine gederdi neneler. Hemin tekyeler adeten bir böyük zaldan, bir de zalın baş terefindeki kiçik otaqdan ibaret olurdu. Bu kiçik otaqda qara örtüklü masa, masanın üstünde imamları, Kerbela müsibetini eks etdiren fotoşekiller, su ile dolu mis teşt, bir fincan olardı. Masanın böyründe divara söykedilmiş elem durardı. Qadınlar niyyet edib eleme yaylıqlarını bağlayardılar, kimi de yaylıqların ucuna pul neziri düyünleyerdi. Teştdeki sudan içmek, alına çekmek teberrik dadmaq, imam elinden su almaq sayılardı. Evlerindeki kommunist erlerinin qorxusundan bele tekyelere gede bilmeyen cavan qadınlar üçün hemin teberrik sudan mütleq gizlice pay getirilerdi.

Gizli tekyelerde bir neçe kendin qadınları toplaşıb gah mersiye oxuyar, gah hedisler danışardılar. Gah da müxtelif en adi söhbet ve xeberleri paylaşardılar bir-birleriyle.

 

Tasua gecesinde tekyede canlanma yaranardı. Qadınlar tekyenin mersiyexanına manatlar ötürer ve ölmüş doğmaları üçün salavatlar, heyatda olan ezizleri üçün dualar oxutdurardılar. Bu geceye hem de “Dua edilen gece” deyilerdi.

Aşura gecesinde bütün kendlerdeki bütün gizli tekyelerden eli elemli kişiler ve qadınlar çıxardılar aşkar halda küçelere, “Hüseyn vay!” deyerek, yolları boyunca qarşılarına çıxan bütün tekyelerin heyetlerine girer, hemin tekyenin elemi ile özlerinde olan elemi görüşdürer, birlikde sine döyer, zencir vurar, “Hüseyn vay” deyerdiler. Bele gecelerde bütün kitabxana, anbar, klub ve s. kimi fealiyyet gösteren mescidlerin heyetlerine de mütleq girerdiler elielemli desteler. “Ağa, salamuneleyk, şah, salamuneleyk!” deye mescid heyetini ziyaret eder, sonra “Ağa xudahafiz, şah, xudahafiz!” deye çıxıb Şeyx Zahid ziyaretgahına doğru gederdiler. Aşura gecelerinin esas ziyaretgahlarından biri mehz Şeyx Zahid türbesi idi ve bütün kendlerin ezadarları mehz ora gederdiler.

Aşura gecelerinde ezadarlıq edenlerin dalınca neneler dualar ederdiler ki, milislere tuş gelmesinler. Amma bele gecelerde hebs olunub on beş günlük iş alan kend cavanları mütleq olurdu. Hebsler formal xarakter daşıyardı, hemişe kendin en xuliqan ve terbiyesiz bir-iki adamını tutardılar ki, onları onsuz da heç kim eleme yaxın qoymurdu. Aşura günü ehsanları üçün erzaqları çox vaxt ele kolxoz sedrleri, sovxoz direktorları xelvetce göndererdiler.

 

Bunlar menim uşaqlıq xatirelerimdir. Sovet mekteblisiyken gördüklerim, anladıqlarım, xatırladıqlarım.

Bes indi?

Bu günün Aşurasında Lenkeranda yene de evlerde qadınlar toplaşan tekyeler varmı, deye aramağa başladım.

Sen deme, varmış ve hetta az da deyilmiş.

Düzdür, indi onlar gizli deyil, tamamile aşkar şekilde fealiyyet gösterir, amma yene de ferqi ve benzerliyi görmek ümidi ile bir neçesini görmek üçün yollandım.

 

Bala Şürük kendindeki Vecihe xalanın evine getdim. Buranı anam meslehet gördü, dedi, hele Sovetden qabaq orada tekye olub, ta indiye kimi.

Vecihe xalanın heyetinde eyni zamanda üç tekye vardı. Biri özünün yaşadığı balaca evde, ikisi de oğlanlarının evlerinde.

Maşınlar qapıda dayanır, qadınlar gelib ziyaret edir, nezirlerini qoyub, niyyetlerini edib başqa ziyaret ünvanlarına yollanırdılar.

- Yaşım neçedir, qeti yadımda deyil, ne bilim, belke doxsana yaxındır, - deyir, - belke de çox. Onu bilirem ki, on üç yaşında ere getmişem. Çox gözel olmuşam, ona göre.

Mene cavanlıq fotosunu gösterir. Ağlamsınır: “ Gör indi ne güne qalmışam” deyir, meni qucaqlayır, xahiş edir tez-tez gedim ona deyim.

Bilesuvardan qonaq gelmiş qızı şekil çekmek üçün icazeni bele behaneyle alır:

- Seni qezete çıxaracaqlar, hamı görecek, yardım edecekler sene, bextin getirib, - deyir ve gülür.

Otağın küncünde eynen uşaqlıq xatirelerimdeki kimi qara örtüklü masa, su qabı, Elem ve imam şekilleri görürem.

- Bu elemler de qedimdir, - deyir, - oğlumun evindeki tekye üçün verdiyim elem ise Kerbelada getirilib. Hele yüz ilden de çox vaxt bundan qabaq bu ocağın yiyesi getirib. Bir elem, bir innab ağacı. Ağacdan bir bizim heyetde var, bir sizde, bir de Hezi Aslanovun ata heyetinde. Kökü bizimkinden aparılanlardı, her yerde bitmir onlar.

 

- Bura uzaq-uzaq yerlerden adamlar gelirmiş, şefa tapırlarmış, niyyetlerine çatırlarmış. Taxçada qeybden işıq yanırmış axşamlar, ceyranlar gelib düzülürmüş qapıda, hamı görürmüş, hamısı da qeybden tapılıb itirmiş, - deyir qızı.

Ele hey mene maraqla baxan balaca qızlara baxıb özümü da o yaşda hiss edirem bir anlıq, hele sanki nenem de yanımdaymış kimi.

Sağollaşıb çıxıram.

Kendin başındakı qebiristanlıq terefde de adam sıxlığı görürem.

Mehelle qapısında kend cavanlarını başına yığıb söhbetleşen ortayaşlı kişiden “orda da tekyemi var?” soruşuram.

- “Eli ayağı”nı ziyaret eleyirler, - deyir, - bütün kend Aşuradadır.

- Bu uşaqlar niye bele saqqallıdırlar hamısı, Meherremliye göre? – soruşuram.

- Yox e, pulları yoxdu delleye getmeye avaraların, - gülür, - ülgüc almağa da yoxdu. Amma bax bu ikisi evlidi artıq, bu ikisi nişanlıdı, bu biri de bir ildir Rusiyada bir neneyle evlenib, bir ilde uşaqları oldu, indi de on illik deportasiya eleyibler, hamısı boş-bekar oturub dedelerinin çiynine.

Cavanlar da gülürler. Birce en genci etirz edir: “Yox, ne pul, men inanclıyam e.”

 

“Eli ayağı” deyilen yere gedirem.

Qebiristanlığın içinde, balaca bir daş daxmada qadınlar oturublar. Qebirlerin arasıyla deste-deste qadınlar gelirler ziyarete, hamısı qara örtüklü masanın üstündeki sudan içir, elem yaylıqlarına pul bağlayır. Bu masanın üstünde iki daş da var, üzerlerinde çökük ayaq izleri. Bu çökük izlerin içine adamlar nezir pulları qoyurlar.

- Bu daş çaydan peyda olub, - deyir ocağın yiyesi Mirxanım xala, - Hezret Eli buralara gelende, çaydan keçirmiş, ayağını bu daşın üstüne qoyub keçende, izi qalıb. İmam Eli hardan keçse, ayağının izi mütleq qalardı axı. Kaş gece göreydin burda seheredek ne qeder adam vardı, qızım, bu gece de gelecekler, istersen, qal.

- İsterdim, amma getmeliyem, - deyib sağollaşıram.

Daxmadan çıxanda balaca bir qızın bir künce qısılıb ağladığını görürem.

- Ne olub? – soruşuram.

- Barmağımı arı sancdı, - deyir.

- Yu, geder, - deyirler ona qadınlar, - ağla, ağlamaq savabdı bu gün.

 

Men qebirlerin arasından birteher dar cığırı tapıb küçeye çıxıram.

Küçeler adamla doludur bu gün.

Kendlerde de, rayon merkezinde de hamı Aşuradadır.

Başqa tekyeler de var, çoxdur.

Şekil çekmeye icaze vermirler.

Men bildiyim qederile, Hezret Elinin böyük heykeli olan bir qadın tekyesi de olmalıdır buralarda. Sahibesi heyatını ibadete ve Eliye hesr etmiş gözel, savadlı, terkidünya bir xanımdır. Amma tapa bilmedim onu, ünvanı deqiq deyen olmadı.

Eve döndüm.

Çekdiyim şekilleri kompütere köçürünce, bu yazını hazırlayınca axşam düşdü.

Bu gece Şami-qeriban gecesidir.

İmamların şehadetinden sonra onların doğmalarının zülmetde esir qalıb ağladıqları gece.

Men uşaq olanda getdiyim gizli tekyelerde bu geceye “Vaveyla gecesi” deyirdiler neneler.

İşıqları söndürüb, qaranlıqda imamlar üçün hönkür-hönkür ağlayardılar…

 


Oxunub 423 defe