Xəbərlər ::

İDMAN :: Volkan Demirelden elçatmaz REKORD

26-10-2015 17:58

Fenerbaxça”nın qapıçısı Volkan Demirel uzun iller qırılmayacaq rekorda imza atmaqdadı. Apasport.az saytının Türkiye metbuatına istinaden melumatına göre, 34 yaşlı qolkiper 13 ildi ezeli reqiblere meğlub olmur.

 

Söhbet “Qalatasaray” ve “Beşiktaş”a qarşı “Şükrü Saraçoğlu” stadionundakı oyunlardan gedir. 2002-ci ilden “Fenerbaxça”nın qapısını qoruyan Volkan karyerası erzinde doğma meydançalarında 14 defe “Qalatasaray”a, 10 defe ise “Beşiktaş”a qarşı çıxış edib ve bu matçların heç birinde meğlubiyyet üzü görmeyib.

 

“Fener” onun çerçivede dayandığı 24 qarşılaşmanın 16-da qelebe qazanıb, 8-de ise berabere qalıb. “Qalatasaray” “Şükrü Saraçoğlu”da Volkanın qapısına 9, “Beşiktaş” ise 7 defe yol tapıb.

 

Qeyd edek ki, dünen Superliqanın IX turu çerçivesinde baş tutan “Fenerbaxça” – “Qalatasaray” derbisi 1:1 hesabı ile başa çatmış, ev sahiblerinin qapısında yene Volkan Demirel dayanmışdı.


Oxunub 278 defe