Xəbərlər ::

HADİSƏ :: İki qardaşı öldüren: “Meni söydüler...” – MEHKEME ZALINDAN

26-10-2015 18:44

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde iki qardaşı öldürmekde teqsirli bilinen Zaur Terlanovun cinayet işi üzre mehkeme prosesi davam edib.

 

 

 

Payiz.Az-ın melumatına göre, hakim Mayıl Bayramovun sedrliyi ile keçirilen prosesde  müdafie terefinin vekilinin verdiyi vesatet müzakire olunub.

 

Bu zaman zererçekmişin hüquqi varisinin nümayendesi Ceyhun Yusifov vesatetle çıxış edib. O, vesatetinde hadise olan zaman Qaradağ polis emekdaşı Anar Şahverdiyevin qanunsuz emelinden danışıb. Vekil bildirib ki, hadiseni töreden Zaur Terlanovun polise könüllü gelmediyini qeyd edib.  Ceyhun Yusifov Zaur Terlanovu Qaradağ rayon post-patrul xidmetinin emekdaşları Rauf Esedullayev ve Elşad Eliyev terefinden saxlandığını bildirib. Vekil her iki polis emekdaşının mehkemeye getirilerek ifade vermesini isteyib.

 

 

 

Mehkeme vesatetleri müzakire etmek üçün müşavire otağına yollanıb. Müşavireden qayıdan hakimler kollegiyasının qerarına esasen müdafie terefinin vekilin verdiyi vesatet qismen, nümayende Ceyhun Yusifovun verdiyi vesatet ise temin edilib. Mehkemenin qerarı ile İlham Terlanov, Resul Abdullayev Qehreman Necefov Rauf Esedullayev ve Elşad Eliyev şahid siyahısına elave edilib.

 

Prokuror prosesde ittiham aktını elan edib. Bu zaman zererçekmiş şexsin nümayendesi Ceyhun Yusifov ittiham aktının tertibine etiraz edib. Vekil ittiham aktının mahiyyetini aydın olmadığını bildirib. “ Burda iki neferi öldüren şexsin ittihamı yazılmayıb, ele bir bey terifidi. Her şeyde ölen terefi günahkar tuturlar. Xahiş edirem protokola yazılsın ki, zererçekmiş terefe ittiham aydın deyil”.

 

 

 

Teqsirlendirilen Zaur Terlanov ona qarşı verilen ittiham üzre özünü teqsirli hesab elemeyib.

 

O, mehkemede serbest ifade verib. Teqsirlendirilen şexs ifadesinde iki qardaş terefinden defelerle tehqir olunduğunu bildirib. “Menim yerimde kim olsaydı, bu hadiseni törederdi. 4 ay men her gün tehqir olunmuşam. Anam, bacım, atam, var-yoxum söyülüb her gün. Defelerle qabağımı kesibler. Menim balacasıyla münasibetim olub. Oturub, yeyib içmişik. Toylarına cağırıblar, canla-başla iştirak etmişem. Cavid Rehimovla çayxanada tanış olmuşuq. Banka düzelmek isteyirdi, mene müraciet etdi. Dedim kömeklik ederem. Özüm Sahil qesebesinde bankda işlemişem. Oğlanlarından qabaq anaları Nigar Rehimovanı tanıyrıdım. Bizim banka gelib gedirdi. Defelerle kredit alıb. Deyirem de balaca oğlu ile münasibetim olub. Amma böyük oğlunu tanımamışam. Tanımaqda istemezdim. Yaxşı şey eşitmemişdim”.

Bu zaman ara qızışıb. Nigar Rehimova ile  Zaur Terlanov arasında mübahise düşüb. Hakim mehkemede iştirak eden şexsleri sakitliye sesleyib.

 

Zaur Terlanov ilk önce ifade vermekden imtina edib. “Men ifade vermirem, ümumiyyetle. Yadıma düşende danışaram. Yadımdan çıxıb her şey”.

 

Prokuror Zaur Terlanova suallar verib. Zaur Terlanov hadise bağlı qaranlıq meqamların olduğunu qeyd edib. “Qesebede yerleşen “Fereh” çayxanasında oturmuşduq.  Cavid zeng eledi ki, pul lazımdı bes, “Tissot” saatımı ve idman velosipedimi satıram. Dedim alıram, apar bize qoy”.

 

Mehkeme zalında yeniden ara qızışıb. Terefler arasında mübahise düşüb. Teqsirlendirilen şexs zererçekmiş terefin vekilini tehqir edib.

 

O, ifade vermeye davam edib. “ Çayxanadayadım. Dostum Anarla çay içirdim. İki qardaş içeri girdi. Mecburen menimle söhbetleri olduğunu ve deniz qırağına getmeyimi bildirdi.  Meni tehqir etdiler, ağızlarına geleni dediler. Maşınlara minib dal-qabaq deniz qırağına getdik.  Bizim terefde zavod yolu var. Ora çatanda maşını saxladıq. İki qardaş maşından düşüb üzerime geldi. Ne qeder elediler maşında düşmedim. Qapıları bağladım. Meni söydüler. Qıraqdan polis maşını ve sakinler keçirdi. Heç kime kömeye gelmedi. Axırda elacım yoxuydu. Aldatdım ki, gedin, özüm düşüb gelirem. Maşında silahım vardı. Dayımın ferması vardı. Ora gedende istifade edirdim. Silahı qanuni şekilde almışdım. Düşdüm. Meqsedim öldürmek deyildi. Qorxuzmaq idi. Sonrası yadımda deyil. Bir orası yadımda ki, ordan gelende polis maşını gördüm. Saxladım. Qalan heç ne yadımda deyil”.

 

Teqsirlendirilen şexs vekillerin suallarını cavablandırıb. O bildirib ki, böyük qardaş Cahidin delilik kağızı olub. “O, defelerle çayxanada meni öldüreceyini deyib. Özü de bildirib ki, danışmışıq, meseleni 300 mine bağlayacağıq”.

Mehkemede yene ara qızışıb. Ölen qardaşların anası Nigar Rehimova yerinden bildirib ki, biz kimik ki, iş bağlayıb, açaq.

Hakim tereflerin sakit qalmasını xahiş edib.

Teqsirlendirilen Zaur Terlanov hadise vaxtı qardaşların birinin elinde tapanca, birinin de bıçaq olduğunu iddia edib. “ Men müstentiqe deyirdim, müstentiq ise deyir ki, hadise yerinden ne bıçaq, ne tapanca tapılıb. Meni onlar deniz qırağına öldürmeye aparırdılar”.

 

Mehkeme prosesi noyabrın 2-de davam edecek.

 

 

Qeyd edek ki,  hadise keçen il yanvarın  8-de saat 17 radelerinde Qaradağ rayonu, Sahil qesebesinde baş verib. Orda yaşayan Zaur Terlanov aralarında yaranmış mübahise zemininde özüne mexsus “Vinçester” markalı odlu silahdan Sahil qesebesinin girişinde yolun kenarında dayanmış “Leksus” markalı avtomobilin içerisinde oturmuş hemin qesebe sakinleri Cavid Cahid Rehimov qardaşlarına bir neçe defe ateş açaraq onları qesden öldürüb hadise yerinden qaçıb. Daxil olmuş melumat esasında derhal hadise yerine ve meyitlere baxış keçirilib, maddi sübutlar götürülüb ve diger zeruri prosessual hereketler yerine yetirilib.

 

İlkin araşdırmalar zamanı hadisenin qız üstünde baş verdiyi bildirib.

 

Rayon Polis İdaresi ve prokurorluğun emekdaşları terefinden heyata keçirilmiş texiresalınmaz istintaq ve emeliyyat-axtarış tedbirleri neticesinde cinayeti töretmekde şübheli bilinen Z.Terlanov tutularaq istintaqa celb edilib.

 

 


Oxunub 2516 defe