Xəbərlər ::

İQTİSADİYYAT :: Azerbaycanda yoxlamaların aparılacağı saheler açıqlandı - SİYAHI

26-10-2015 20:17

Payiz.Az-ın melumatına göre, fermanla “Sahibkarlıq sahesinde aparılan yoxlamaların dayandırılması haqqında” Azerbaycan Respublikasının Qanununa esasen insanların heyat ve sağlamlığına, dövletin tehlükesizliyine ve iqtisadi maraqlarına mühüm tehlüke yaradan hallar üzre aparılmasına yol verilen yoxlamaların Siyahısına esasen, “Sahibkarlıq sahesinde aparılan yoxlamaların dayandırılması haqqında” Azerbaycan Respublikası Qanununun 1-ci maddesinde nezerde tutulan müddetde sahibkarlıq fealiyyeti ile meşğul olan fiziki şexsler, dövlet mülkiyyetinde olmayan ve paylarının (sehmlerinin) nezaret zerfi dövlete mexsus olmayan hüquqi şexsler baresinde siyahısı aşağıda gösterilen yoxlamalar aparıla biler:

 

- derman vasitelerinin keyfiyyeti, tehlükesizliyi qaydalarına riayet edilmesinin ve sanitar-gigiyenik qaydalara riayet edilmesinin Azerbaycan Respublikasının Sehiyye Nazirliyi terefinden yoxlanılması;

 

- fitosanitar teleblere, qaydalara uyğunluğun ve baytarlıq teleblerine, qaydalarına uyğunluğun Azerbaycan Respublikasının Kend Teserrüfatı Nazirliyi terefinden yoxlanılması;

 

- tebii qaz, su techizatı, elektrik ve ya istilik şebekelerine qanunsuz qoşulma hallarının yoxlanılması;

 

- sığortaçıların, tekrarsığortaçıların ve sığorta vasiteçilerinin fealiyyetinin Azerbaycan Respublikasının Maliyye Nazirliyi terefinden yoxlanılması;

 

-. kredit teşkilatlarının, habele onların töreme teserrüfat cemiyyetlerinin Azerbaycan Respublikasının Merkezi Bankı terefinden yoxlanılması;

 

- radioaktiv, partlayıcı ve diger xüsusi tehlükeli maddelerin ve ya avadanlıqların saxlanılması ve dövriyyesi, dağ-meden işlerinin, hidrotexniki qurğularda, neft ve qazçıxarma senaye obyektlerinde ve xüsusi tehlükeli diger sahelerde işlerin görülmesi zamanı texniki tehlükesizlik qaydalarına riayet olunmasının, aparılan işlerin ve istismarda olan obyektlerin tikinti, texniki ve yanğın tehlükesizliyi normalarına uyğunluğunun Azerbaycan Respublikasının Fövqelade Hallar Nazirliyi terefinden yoxlanılması.

 

Bu Siyahının 1-ci hissesinde nezerde tutulmamış, lakin insanların heyat ve sağlamlığına, dövletin tehlükesizliyine ve iqtisadi maraqlarına mühüm tehlüke yaradan texiresalınmaz hallarda yoxlamalar müstesna qaydada aidiyyeti dövlet orqanının esaslandırılmış müracieti esasında İqtisadiyyat ve Senaye Nazirliyinin razılığı ile aparılır. Bu halda İqtisadiyyat ve Senaye Nazirliyi sahibkarların hüquqlarının müdafiesi üçün zeruri hesab etdikde yoxlama hemin nazirliyin emekdaşının iştirakı ile aparılır.


Oxunub 393 defe