Xəbərlər ::

MƏDƏNİYYƏT :: APA TV-de daha bir layihe efir heyatına başlayır: “Oxu zalı”

27-10-2015 10:29

APA TV-de daha bir yeni proqram efir heyatına başlayır. “Oxu zalı” proqramının hazırlanmasında meqsed tamaşaçıları edebiyyat sahesinde yeniliklerden xeberdar etmek, edebi problemlerle bağlı müzakireler aparmaq, cemiyyetin mütalieye marağını artırmaqdır. Verilişin çekilişleri paytaxtın müxtelif kitabxanalarında, neşrler evlerinde aparılır. Proqramda neşriyyatlarda derc olunan yeni eserler barede melumatlar verilecek, neşriyyat sahesinde mövcud problemler ve onların hell yolları barede fikir mübadilesi aparılacaq. Edebi mühitin tanınmış simalarının qonaq olacağı “Oxu zalı” ayda iki defe tamaşaçıların görüşüne gelecek. Verilişin aparıcısı Gülnare İlhamdır. 


Oxunub 361 defe