Xəbərlər ::

DÜNYA :: Suriyada ölın rus esgerinin anası: "Özünü asmayıb"

27-10-2015 18:31

 Suriyada helak olan Rusiya Silahlı Qüvvelerinin müqavile esasında xidmet eden herbi qulluqçusu Vadim Kostenkonun valideynleri oğullarının intihar etmesine inanmadıqlarını bildiribler.

 

APA-nın "Reuters"e istinaden verdiyi xebere göre, esgerin anası Svetlana Kostenko intihar versiyasına heç vaxt inanmayacağını deyib. O qeyd edib ki, oğlunun öldüyü gün onunla danışıb: "Biz her gün onunla danışırdıq. Vadim memnun idi ve gülürdü. Bize deyildi ki, o, qıza göre özünü asıb. Vadim heç vaxt bunu etmezdi, oğlumu çox yaxşı tanıyıram.”

 

Merhumun bacısı ve xalası da Svetlana Kostenkonun dediklerini tesdiqleyibler.

 

Qeyd edek ki, Rusiya Müdafie Nazirliyi oktyabrın 27-de texniki mütexessis olaraq Suriyada qulluq eden Vadim Kostenkonun ölümünü tesdiqleyib. Nazirliyin melumatına göre, o, Xmeymim aviabazasında intihar edib. “Esgerin telefonundakı mesajların öyrenilmesi neticesinde melum olub ki, intihara sebeb şexsi heyatında baş veren problemler olub”, - deye nazirlikden bildirilib.


Oxunub 325 defe