Xəbərlər ::

HADİSƏ :: Vetendaşları rüsvayedici videolarla şantaj eden deste tutuldu

27-10-2015 21:21

Daxili İşler Nazirliyi Baş Müteşekkil Cinayetkarlıqla Mübarize İdaresinin emekdaşlarının heyata keçirdiyi emeliyyat neticesinde narkotik maddelerin qanunsuz dövriyyesi ile meşğul olan Şirvan şeher sakini Sebuhi Memmedov, hemçinin Hacıqabul rayon sakinleri - Gülehmed Mirzeyev ve Natiq Kazımov saxlanılıb. APA-nın melumatına göre, keçirilen tedbirlerle onların Gülnar adlı şexs vasitesi ile barelerinde rüsvayedici videolar yayacaqları hedesi ile bir neçe vetendaşdan külli miqdarda pul almaları müeyyen edilib. Emeliyyat tedbirlerinin davamı olaraq Baş İdare emekdaşları terefinden Şirvan şeher sakini Gülnar Ehmedova da tutularaq istintaqa celb edilib.

 

Faktla bağlı Baş İdarenin İstintaq Şöbesinde cinayet işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Qeyd edek ki, fotoları  teqdim edilen deste üzvlerinin cinayet emellerinden başqa zererçeken şexsler varsa, bu barede aidiyyeti üzre polis orqanlarına ve ya 012-590-66-58 telefon nömresine zeng ederek melumat vermeleri xahiş olunur. 


Oxunub 266 defe