Xəbərlər ::

SİYASƏT :: Azay Quliyevin görüşünde yene izdiham yaşandı

27-10-2015 21:35

Bu gün 8 saylı Bineqedi birinci seçki dairesinden deputatlığa namized Azay Quliyev seçki kampaniyası çerçivesinde daire erazisindeki 6 ve 9-cu mikrorayonun sakinleri ile görüşüb. 

 

Deputatlığa namized Azay Quliyevin seçki qerargahının metbuat xidmetinden Payiz.Az-a verilen xebere göre, seçiciler qarşısında çıxış eden Azay Quliyev seçki  kampaniyası haqqında melumat verib: “Dairede bütün tebeqelerden olan seçicilerle görüşürük. Bu müddetde emin olduğumuz bir fakt öz tesdiqini tapdı ki, Azerbaycan seçicisi, söze, emele, fealiyyete yüksek deyer veren seçicidir. Azerbaycan seçicisi siyasi proseslere çox hessaslıqla yanaşır. Seçim ederken bütün bu meqamları nezere alıb, en düzgün qerarını verir”.

 

Dairede yaşayan iş adamı Saleh Qehremanov Prezident İlham Eliyevin sahibkarların hüquqlarının qorunması, onlara qarşı esassız yoxlamaların aradan qaldırılması zerureti ile bağlı atdığı addımların ehemiyyeti haqda danışaraq,  ölkede sahibkarlığın inkişafı ile bağlı heyata keçirdiyi islahatların ictimaiyyet terefinden böyük ruh yüksekliyi ile qarşılandığını deyib. 

 

Deputatlığa namized Azay Quliyev elave edib ki, ölke rehberinin qerarları, tapşırıqları, imzaladığı ferman ve serencamları sahibkarlıqla meşğul olan şexsler üçün geniş imkanlar açacaq.

 

Sonra çıxış eden seçiciler fiziki mehdudiyyetli vetendaşların sosial problemlerinin helli, şehid statusu ve başqa meselelerle bağlı fikirlerini bildiribler. Azay Quliyev teklfi olunan meselelerle bağlı seçkiden sonra müvafiq qurumlarla   müzakirenin keçirilmesini teklif edib.

 

Qarabağ müharibesinde ad çıxarmış qehreman, şehid Fred Asifin oğlunun ve  şehid anasının çıxışını tedbir iştirakçıları coşqu ile qarşılayıb. Şehid anası bildirib ki, sözlerini deye bilecekleri, birbaşa temas qurduqları deputatlığa namizedle görüşdükleri üçün sevinclidir. “Oğul itirmiş ana kimi deyirem ki, sanki oğlumu tapmışam”.

 

Görüşde iştirak edenler 1 noyabr seçkisinde yekdillikle Azay Quliyeve ses vereceklerini bildiribler.

 

Qeyd edek ki, deputatlığa namized Azay Quliyev 28 oktyabrda saat 16.00-da 8-cı mikrorayonda yerleşen “Nurman” Şadlıq Sarayında seçicilerle görüşecek.     


Oxunub 288 defe