Xəbərlər ::

SOSİAL :: Yağışlar Lenkeran-Lerik yolunu berbad veziyyete saldı

27-10-2015 23:30

Son günler fasilesiz yağan yağışlar Lenkeran-Lerik şosesinde  yeniden sürüşme prosesinin aktivleşmesine sebeb olub.  APA-nın cenub bürosunun melumatına göre, en gergin veziyyet yolun 17, 19 ve 26-cı kilometrlerinde müşahide olunmaqdadır. Bele ki, bu erazilerin yuxarı yamac hisselerinde baş veren intensiv yuyulma ve sürüşmeler neqliyyat vasitelerinin hereketi üçün ciddi  maneeye çevrilib. Sürücüler yolu qorxu  ile keçir, her an dağın yamaclarından daşların, qaya parçalarının onların maşınlarının üstüne düşmesinden ehtiyat edirler.

 

43 saylı  Lerik Rayon Yol İstismar İdaresinin işçileri ve ağır texnikası terefinden sutka erzinde eraziye nezaret edilir, yola tökülmüş torpaq qatı, gil, lehme, daş parçaları qreyderle mütemadi temizlenir. Buna baxmayaraq, tebii felaketin baş verme tehlükesi qalmaqdadır.

 

En teşviş doğuran hal ise yolda sel sularının yuduğu  asvalt qatının aşağıdan axan çaya doğru sürüşmesidir. Bu ise her an ağır neticelere sebeb ola biler. Neqliyyat vasiteleri sahiblerinin sözlerine göre, xüsusen axşam saatlarında yolda maşınla hereket etmek insan heyatı üçün çox tehlükelidir.

 

Qeyd edek ki, Lenkeran-Lerik şosesinde ağır tonnajlı yük maşınlarının müntezem hereket etmeleri sebebinden yolun ayrı-ayrı hisselerinde  derin çalalar yaranıb. Tekce iki qonşu rayon üçün deyil, ümumilikde respublika üçün mühüm strateji ehemiyyet daşıyan bu yolun esaslı temir ve berpasınnın vaxtı çatıb.


Oxunub 275 defe