Xəbərlər ::

SİYASƏT :: Mehkeme taksi sürücüsünün başını kesen şexsin cezasını ağırlaşdırdı

28-10-2015 12:08

 

 

Bakı Apellyasiya Mehkemesinde Baş Prokurorluğun bir neferi öldürmekde, bir neferi yaralamaqda teqsirli bilinen 1993-cü il tevellüdlü Elvin Mikayılovun cezasının ağırlaşdırılması ile bağlı apellyasiya protestine baxılıb. 

 

Payiz.Az-ın melumatına göre, hakim Faiq Qasımovun sedrliyi ile keçirilen prosesde Baş Prokurorluğun protesti qismen temin edilib ve Elvin Mikayılovun baresinde  teyin edilmiş hökm deyişdirilib. Yeni hökme esasen, Elvin Mikayılovun hebsxanada ceza çekmesi 2 ile qeder artırılıb. Hökm qalan hissede deyişdirilmeyib. Teqsirlendirilen şexsin apellyasiya şikayeti ise temin edilmeyib.

 

Qeyd edek ki, 2013-cü il avqustun 31-de Bineqedi qesebesi, 1-ci Meden küçesinde yerleşen “Kral” marketinin qarşısında Elvin Mikayılov 32 yaşlı Yaşar Dergahquliyevin boğazını keserek öldürüb. O, daha sonra merhumun qardaşı, 29 yaşlı Vüqar Dergahquliyeve bıçaqla iki zerbe endirib.

 

İstintaq araşdırması zamanı müeyyen olunub ki, hadiseye sebeb Yaşar Dergahquliyevin avtomobille onun maşının yanından süretle keçmesi olub. “Niva” markalı avtomobille onu ötüb keçen Yaşara çatan Elvin Mikayılov qardaşlara hücum çekib. Dava cinayetle neticelenib. Qetle yetirilen şexs taksi sürücüsü olub.   

 

Elvin Mikayılov Cinayet Mecellesinin 120.2.2-ci (xuliqanlıq niyyeti ile adam öldürme), 29,120.2.2-ci (xuliqanlıq niyyeti ile adam öldürmeye cehd) ve 29,120.2.7-ci (iki ve ya daha çox şexsi öldürmeye cehd) maddeleri ittiham olunub.

 

Bakı Ağır Cinayetler Mehkemesinin hökmü ile Elvin Mikayılov 14 il müddetine azadlıqdan mehrum edilib. Mehkeme onun cezasının 1 ilini hebsxanada, qalan hissesini ise ciddi rejimli cezaçekme müessisesinde çekmesini qerara alıb.

 

Hökmden Baş Prokurorluq apellyasiya protesti vererek Elvin Mikayılovun cezasının artırılaraq 15 il teyin edilmesini isteyib. Hemçinin Elvin Mikayılov apelyasiya şikayeti vererek cezasının yüngülleşdirilmesini xahiş edib.

 


Oxunub 260 defe