Xəbərlər ::

HADİSƏ :: 4 ermeni azerbaycanlını döyüb öldürüb basdırdı - TEFERRÜAT

28-10-2015 13:30

 

Rusiyanın Sankt-Peterburq şeherinde ermeniler terefinden qetle yetirilen 39 yaşlı azerbaycanlının şexsiyyeti melum olub.

 

Bu barede APA-nın Moskva müxbirine Rusiya Daxili İşler Nazirliyinden melumat verilib.

 

Bildirilib ki, qetle yetirilen Azerbaycan vetendaşı 1976-cı il tevellüdlü A.S. Muradovdur.

 

Azerbaycan vetendaşının qetlinin bezi teferrüatları da melum olub. Bele ki, metbuatda qetlin milli münaqişe zemininde baş verdiyi yazılsa da, Rusiya hüquq-mühafize orqanları bu ehtimalı tesdiq etmeyibler.

 

Melum olub ki, A. Muradovun Sankt-Peterburqda ticaret obyektleri olub. O, tanışı olduğu ermeniden borc pul alıb, lakin geri qaytarmayıb.

 

Bir müddet sonra ermeniler A. Muradovdan borcu qaytarmağı teleb edibler. Ermeni Arakelyan, Tadevosyan, Babayants ve Ordelyan adlı şexsler A. Muradovla sentyabrın 14-e görüş teyin edibler. Görüş zamanı onların arasında mübahise düşüb. Ermeniler A. Muradovu döyerek öz "Volkswagen" avtomobilinin yük yerine qoyublar ve Moskva şossesinden 2 kilometr aralıda yerleşen Qırmızı Bor qesebesine aparıblar. Orada ermeniler azerbaycanlıya 13 bıçaq zerbesi vuraraq öldürübler. Sonra cesedi basdırıblar, merhumun avtomobilini ise yandırıblar.

 

Merhumun itkin düşmesi barede melumatı polise onun heyat yoldaşı verib. Aparılan araşdırmalar zamanı melum olub ki, Muradov itkin düşmeyib, qetle yetirilib. Faktla bağlı cinayet işi açılıb. Qetlde teqsirlendirilen Arakelyan ve Tadevosyan baresinde hebs-qetimkan tedbiri seçilib, Babayantsla Ordelyan ise başqa yere getmemek barede iltizam alınaraq serbest buraxılıblar.


Oxunub 223 defe