Xəbərlər ::

İQTİSADİYYAT :: "Getirilen mallar vetendaşın öz telebatını ödemek üçün ola biler" - Aydın Eliyev

28-10-2015 16:15

 

Dövlet Gömrük Komitesinin (DGK) sedri Aydın Eliyev Azerbaycan prezidenti İlham Eliyevin imzaladığı gömrük sahesinde nezaretin heyata keçirilmesi ile elaqedar bezi yoxlamaların sadeleşdirilmesi haqqında fermanı şerh edib.

 

 

"APA-Economics"in xeberine göre, A. Eliyev bildirib ki, ferman kommersiya ve istehsalat meqsedleri üçün getirilmeyen mallardan gedir: "Bu sahede olan strategiya müeyyenleşib. Bu fermanın tetbiqi Azerbaycan ehalisinin sosial-iqtisadi veziyyetinin yaxşılaşdırılmasına yönelib. Söhbet sahibkarlıqdan gede bilmez. Çünki söhbet burada kommersiya ve istehsalat meqsedleri üçün getirilmeyen mallardan gedir. Getirilen mallar vetendaşın öz telebatını ödemek üçün ola biler".

 

Komite sedri bildirib ki, ölke başçısının verdiyi tapşırıqlara esasen, dövlet büdcesi vergi ve gömrük rüsumları hesabına formalaşdırılmalıdır. "Buna göre, kommersiya ve istehsalat telebatı üçün getirilen mallar mövcud olan qanunvericiliye esasen vergiye celb olunacaq", - deye DGK sedri qeyd edib. 

 

Yeniliyin büdce daxilolmalarına tesir edib-etmeyeceyine gelince, A.Eliyev deyib ki, bu barede yalnız müeyyen hesablamalar aparıldıqdan sonra deqiq ne ise demek olar.

 

Xatırladaq ki, ölke başçısı terefinden imzalanan fermana esasen, fiziki şexsler terefinden Azerbaycan Respublikasının gömrük erazisine getirilen ve istehsal, yaxud kommersiya meqsedleri üçün nezerde tutulmayan ümumi gömrük deyeri 10000 ABŞ dolları ekvivalenti mebleğinden (müşayiet edilen her bir yetkinlik yaşına çatmamış fiziki şexse göre elave 2000 ABŞ dolları ekvivalenti mebleğinden) artıq olmayan mallar (aksizli mallar, avtoneqliyyat vasiteleri ve sefer zamanı fiziki şexsin zeruri ehtiyaclarının ödenilmesi üçün nezerde tutulan eşyalar istisna olmaqla) gömrük ödenişi ödenilmeden gömrük serhedinden keçirilir.

 

DGK-ya tapşırılıb ki, “İnzibati Xetalar Mecellesinde deyişiklik edilmesi haqqında” qanunun tetbiq edilmesi barede” prezidentin 2011-ci il 3 mart tarixli fermanının 3.1-ci ve 3.2-ci bendlerine uyğun olaraq, getirilmesi ve aparılması qadağan edilen ve mehdudlaşdırılan eşyaların siyahısının dövlet serhedinin buraxılış menteqelerinde her kesin yaxşı göre bileceyi lövhelerde yerleşdirildiyine dair melumatı 1 ay müddetinde Azerbaycan prezidentine teqdim etsin.

 

Nazirler Kabineti ise normativ hüquqi aktlarının bu Fermana uyğunlaşdırılmasını 3 ay müddetinde temin etmeli, merkezi icra hakimiyyeti orqanlarının normativ hüquqi aktlarının bu fermana uyğunlaşdırılmasını nezaretde saxlamalı ve bunun icrası barede 5 ay müddetinde Azerbaycan prezidentine melumat vermelidir.

 

Öz növbesinde Edliyye Nazirliyi merkezi icra hakimiyyeti orqanlarının normativ hüquqi aktlarının ve normativ xarakterli aktların bu fermana uyğunlaşdırılmasını temin edib Nazirler Kabinetine melumat vermelidir.

 


Oxunub 269 defe