Xəbərlər ::

SOSİAL :: Nazir BU ŞEİRE göre şair Vaqif Behmenliye töhmet verdi

28-10-2015 17:01

 

Medeniyyet ve Turizm Nazirliyinin informasiya ve ictimaiyyetle elaqeleq şöbesi “525-ci qezet”in 17 oktyabr 2015-ci il tarixli sayında Medeniyyet ve Turizm Nazirliyinin Kitab dövriyyesi ve neşriyyatlarla iş şöbesinin müdiri şair Vaqif Quliyevin (Behmenli) şeirlerinin derc olunması ile bağlı melumat yayıb.

 

Payiz.Az-ın nazirliyin saytına istinaden xeberine göre, melumatda qeyd olunur ki, hemin şeirlerden biri “Hamıya yaxşılıq” adlı şeir medeniyyet ve turizm naziri Ebülfes Qarayeve hesr olunub: “Şeir qezetde derc edildikden sonra müxtelif saytlarda ve sosial şebekelerde geniş müzakire edilib ve ictimaiyyet terefinden müxtelif sepkili münasibet bildirilmişdir. Qeyd etmek isteyirik ki, bu şeir texminen 5-6 ay evvel Vaqif Quliyev terefinden yazılıb ve görüşlerin birinde şeiri nazire gösterilib. Lakin nazir Ebülfes Qarayev şeirde işlenen ifadelerden o qeder de razı qalmayıb, edilen teriflere öz iradını bildirib ve bu yazının bir daha üze çıxarılmamasını ve heç bir yerde derc edilmemesini tapşırmışdı. Lakin hadisenin üzerinden xeyli müddet keçdikden sonra Vaqif Quliyevin Genc Tamaşaçılar Teatrında keçirilen 60 illik yubiley merasimi erefesinde şairin şeirler toplusu ile birlikde bu şeir derc edilmiş ve yuxarıda qeyd etdiyimiz kimi müxtelif müzakirelere, bezen qerezli ve emosional münasibetlere sebeb olub.

 

Bu hadise Medeniyyet ve Turizm Nazirliyinin rehberliyi terefinden pislenilib, “525-ci qezet”in baş redaktoru Reşad Mecidle elaqe yaradılaraq bu üslubda şeirin qezetde derc olunmasına dair irad bildirilib. 

 

Ümumilikde son günler kütlevi informasiya vasitelerinin geniş müzakiresine sebeb olmuş bu fakt dövlet qulluqçusunun etik davranış qaydalarına uyğun gelmeyen hal kimi deyerlendirilib ve Nazirliyin emekdaşının rehber şexse qarşı öz fikirlerini bu formada - yaradıcılıq nümunesi vasitesile bildirmesi qebuledilmez hal kimi deyerlendirilir. Bu hadise Vaqif Quliyevin dövlet qulluqçusu kimi öz vezifelerine uyğun gelmeyen bu yaradıcılıq nümunesinin çap etdirmesi pislenmiş ve bir daha tekrarlanmaması tapşırılıb.

 

Yuxarıda qeyd olunanlar nezere alınaraq medeniyyet ve turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli emri ile Kitab dövriyyesi ve neşriyyatlarla iş şöbesinin müdiri Vaqif Quliyeve töhmet elan olunub”.

Payiz.Az şairin töhmet almasına sebeb olan şeiri teqdim edir: 


Oxunub 381 defe