Xəbərlər ::

SOSİAL :: Müğenni Elnare: “Hindistandakı klipime 35 min dollar xercledim”

28-10-2015 19:01

“Öten hefte ve bu hefte menim üçün mehsuldar oldu. Gergin iş rejimindeyem. Bu heftenin sonu yeni klipimin teqdimatı olacaq”. Bu fikirleri APA TV-nin “Seher zengi” verilişinin qonağı olan müğenni Elnare Xelilova deyib.

 

Sözügeden klipin çekilişlerinin Hindistanda baş tutduğunu deyen müğenni bildirib ki, “Eşq ile boyan” adlı mahnının musiqisi Sevda Memmedliye, sözleri Cavidana mexsusdur: “Klipin erseye gelmesi üçün böyük heyetle çalışdıq. Mahnının aranjemanını Rasim Memmedov edib. Klip ise Hindistanda çekilib. Getmeyimize deyerdi. Bollivudda, Kerala ştatının Koçin şeherinde oldum. Rejissor ve prodüserlere dedim ki, esl Hindistanı çekmek isteyirem – cengellik, palmalar, Hind okeanı, körfez. İsteyirdim ki, kadra baxanlar mekanın Hindistan olduğunu anlasınlar. Onlar meni paytaxta, yaxud Mumbaya, Bombeye çağıra bilerdiler. Göstermeli o qeder gözel yerler var ki. Bütün heyet hindlerden ibaret idi. Orda ele bir Elnare var ki, gel göresen...”

 

“Öz-özümü ne qeder tekrar ede bilerem?”

 

İfaçı her zaman ferqli, rengareng obrazlarda çıxış edib. Amma zaman keçir ve artıq deyişiklik labüd olur. Bu tebii haldır, deyen müğenni özünde günah olmadığını deyir: “Eslinde, tamaşaçılar meni çılğın, delisov, emosional görmeye öyreşibler. Amma bizde günah yoxdur. Elnare böyüyüb. Artıq 35 yaşım var. Daim axtarışdayıq. Şexsen men heç zaman özümü tekrarlamağı sevmirem. Yerimde addımlamaq de mene xas deyil. Daim tecrübeler keçirirem. Meselen, Türkiyede 3 klip çekdirdim. Media hemişe sual verirdi ki, Türkiye şou-biznesine qatılmaq fikrim var, ya yox? İzah ede bilmirdim ki, bu işler Türkiye şou-biznesine qatılmaq üçün deyil. Meqsed yenilik etmek idi. Men en yaxşı rejissorlara klip çekdirmişem. Özüm-özümü ne qeder tekrar ede bilerem? İsteyirem, ferqlilik olsun. “Eşq ile boyan” mahnısında heyatın renglerinden behs edilir. Ele klipin Hindistanda çekilmesi ideyası da buradan yarandı. Evvelce, fikir olaraq seslendi. Gedende 12, dönende 20 saat hava limanında gözlemişik. Bu işi görmekde hamı destek oldu. Men burada olmayanda övladlarıma baxdılar”.

 

Müğenni Hindistanda klip çekilmesi ile bağlı bütün işlerde özünün bilavasite iştirak etdiyini deyib: “Hindistanın Azerbaycandakı Sefirliyine getdim. Orada öyrendim ki, Bakıda vasiteçi var. Onlar burada Azerbaycan ve Hindistan istehsalı olan film çekilişi ile meşğuldurlar. 7 milyon büdcesi olan bir filmdir. Aktyorların çoxu bizimkilerdir. Hindistandan da aktyorlar olacaq. 36 ölkede gösterilecek ve 4 dile tercüme olunacaq. Bu melumatları eşidende emin oldum ki, bu böyük bir şirketdir. Belelikle, büdcemi dedim ve işe başladıq. Bu klipe 35 min xercledim. 30-40 neferlik heyetle çalışdıq. Orada bütün işleri hindistanlı prodüser heyata keçirdi. Yeri gelmişken, heftesonu teqdimata da gelecek”.

 

“Bunun eziyyetini indi çekirem”

 

Elnare xanım hemçinin, aile heyatından danışıb: “Artıq uzun illerdir, seher saat 7-den oyaq oluram. İki ilden bir övladım oldu. Övladı olan qadın ister-istemez tez durmalıdır. Ananın seheri, günortası, axşamı övladlarına bağlıdır. Övladı terbiye etmek üçün ailede bir nefer komanda vermelidir - ya ana, ya ata, ya nene, ya baba. Hamı ona tabe olmalıdır. Eger ata, yaxud ana uşağa “olmaz” deyirse, nene, ya baba eksini dememelidir. Bu ilk növbede uşağa ziyandır. Menim övladlarım çox erköyündürler. Hetta men olmaz dediyim zaman, qaynanam eksini deyibse, men etiraz etmemişem. Amma bilmişem ki, uşağıma ziyan edirem. Bunun eziyyetini indi çekirem”.

Övladlarının ikisinin  mektebe, birinin bağçaya getdiyini deyen E. Xelilova, onlarının çox erköyün olduqlarından şikayetlenib: “Amma istenilen halda, veziyyetden çıxış yolu tapmaq olar. Münaqişe etmeye, ailede söz-söhbet yaratmağa deymez. Her şey valideynden asılıdır. Eger hansısa meselede qerar vere bilmiremse, ataya yöneldirem. O da men deyeni deyir. Ekser hallarda, ikimizin fikri bir olur”.

 

 


Oxunub 629 defe