Xəbərlər ::

DÜNYA :: Adanada İŞİD-e qoşulmaq isteyenler saxlanıldı

29-10-2015 04:49

Türkiyenin Adana şeherinde polis ve terrorla mübarize idaresinin apardığı emeliyyat neticesinde İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getmek isteyen 8 nefer saxlanılıb.

 

APA-nın “Anadolu” agentliyine istinaden verdiyi melumata göre, onların Tacikistan, Çin ve Malayziya vetendaşları olduğu bildirilir.

 

Saxlanılanlar arasında 3 qadın ve 8 yaşlı qız da var. Melumata göre, ecnebileri Suriyaya keçirecek şexs de tutulub. Onun adı açıqlanmır. Tutulan şexsler yaxın zamanda deportasiya olunmaq üçün Türkiye Miqrasiya xidmetine tehvil verilecek.


Oxunub 309 defe