Xəbərlər ::

SOSİAL :: “Gelecek Namine” intellektual bilik yarışları keçirir

29-10-2015 11:20

“Gelecek Namine” Vetendaş Cemiyyetinin İnkişafına Destek İctimai Birliyi Azerbaycan Respublikasının Prezidenti yanında Gencler Fondunun desteyile “Qalib SENSEN!” layihesinin icrasını uğurla davam etdirir. Payiz.Az-ın verdiyi melumata göre, layihenin meqsedi genclerin bilik ve dünyagörüşünün artırılmasından, genclerin komanda halında işlemeyine, genclerin asude vaxtının semereli teşkiline ve universitete qebul imtahanına hazırlaşan şagirdlerin motivasiya olunmasına destek gösterilmesinden ibaretdir.

 

Layihe çerçivesinde Ağcabedi şeherinde keçirilmesi nezerde tutulan 5 tedbirden ikincisi 7 saylı tam orta mektebde baş tutub. Tedbirde 7 saylı ve 11 saylı mekteblerin komandaları arasında bilik yarışları keçirilib. İntellektual bilik yarışında "Deniz", "Uran", "Zirve" ve "Güneş" komandaları yarışıblar ve 7 saylı mektebin "Zirve" komandası finala vesiqe qazanıb.

 

Qeyd edek ki, sonda yekun final yarışı keçirilecek ve qalib komandalar mükafatlandırılacaq.


Oxunub 277 defe