Xəbərlər ::

SİYASƏT :: Hemsedrler BEYANAT yaydı

29-10-2015 13:18

 

 

Azerbaycan ve Ermenistan prezidentleri münaqişenin helli ve diger esas elementlerin müzakiresi üçün hemsedrlerin teşkilatçılığı ile ilin sonuna kimi görüş keçirilmesine razılıqlarını tesdiqleyibler.

 

APA-nın melumatına göre, bu barede ATET-in Minsk Qrupu hemsedrlerinin 26-28 oktyabr tarixlerinde regiona seferlerinin yekununa dair yaydıqları beyanatda deyilir. “Biz prezidentlere temas xettinde ve Azerbaycan-Ermenistan serhedinde zorakılığın tehlükeli olduğunu bildirdik. Mina ve raket qurğuları kimi ağır texnikadan istifade qebuledilmezdir ve dinc ehali üçün ciddi tehlüke yaradır. Biz itkilere ve günahsız insanlar arasında ölüm hallarına göre derin teessüf keçiririk ve tereflerin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atmasını gözleyirik”, - deye beyanatda bildirilir. 


Oxunub 322 defe