Xəbərlər ::

HADİSƏ :: Celilabad meşebeyliyinde baş vermiş yanğın söndürülüb

31-07-2015 15:16

Öten günden Celilabad meşebeyliyinin 8 saylı dolayında baş vermiş yanğın bu gün söndürülüb. Ekologiya ve Tebii Servetler Nazirliyinin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, Ekologiya ve Tebii Servetler Nazirliyinin yerli qurumlarının emekdaşlarının ve Fövqelade Hallar Nazirliyinin Dövlet Yanğından Mühafize Xidmetinin canlı qüvve ve texnikasının seyi neticesinde yanğın bu gün saat 14 radelerinde söndürülüb. Yanğın neticesinde 1,5 hektar erazide quru ot ve kol örtüyüne ziyan deyib. Hazırda yanğının sebebleri ve deymiş ziyanın müeyyen olunması istiqametinde iş aparılır.

 

Xatırladaq ki, ilkin ehtimala göre yanğının baş vermesine sebeb avtomobilden atılan siqaret kötüyü olub.


Oxunub 378 defe