Xəbərlər ::

DÜNYA :: "Qazprom" İrana satacağı qaz Azerbaycan kemerleri ile neql ede biler

30-10-2015 13:51

Rusiyanın "Qazprom" şirketi İrana satacağı qazı Azerbaycan kemeri ile neql ede biler.

 

"APA-Economics"in xeberine göre, bunu SOCAR prezidenti Rövneq Abdullayev deyib.

 

SOCAR prezidenti bildirib ki, Azerbaycan terefine helelik bele bir teklif edilmeyib: "Bizim kemerden istifade ede bilerler. Bele bir teklif olmayıb. Biz çalışırıq "Qazprom"la svop emeliyyatlar heyata keçirek".

 

Qeyd edek ki, bir neçe gün önce Rusiyanın "Kommersant" qezeti yazıb ki, "Qazprom" Azerbaycan erazisinden keçmekle İrana tebii qaz neql ede biler. Neşr iddia edir ki, Tehran Rusiya ve İran nümayende heyetleri arasında aparılan danışıqlar zamanı bele bir razılıq elde olunub. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya İran terefine svop emeliyyatlar teklif edir.


Oxunub 210 defe