Xəbərlər ::

SİYASƏT :: Azerbaycan yeniden ATET-e müraciet etdi: "Seçkilere ekspert gönderin"

30-10-2015 14:28

“Azerbaycanın ATET yanında Daimi Nümayendeliyi DTİHB direktorunun Azerbaycanda keçirilecek seçkileri izlememek barede qeyri-konstruktiv qerarını qebuledilmez hesab edir.”

 

APA-nın xeberine göre, bu barede Azerbaycanın ATETyanında Daimi Nümayendeliyinin Demokratik Tesisatlar ve İnsan Haqları Bürosunun (DTİHB) mandatını pozması ile bağlı yaydığı beyanatında deyilir.

 

Beyanatda bildirilir ki, DTİHB terefinden gösterilen bu yanaşmaya baxmayaraq, Azerbaycan nümayende heyeti seçkilere qeder bu meselenin hellini tapacağına dair ümidini ifade edib: “Öten hefte DTİHB ile yeniden meslehetleşmeler aparıb, mehdud sayda ekspert gönderilmesi ile bağlı teklif vermişik. Teessüf ki, DTİHB Azerbaycan terefinin xahişini yeniden redd etdi. Bizim DTİHB-le münasibetlerimiz hemişe konstruktiv olub. Direktor Linkin müşahide missiyası göndermemek qerarı vermesinden sonra biz Daimi Şuranı proses barede melumatlandırmışıq ve büronu meslehetleşmeler aparmağa devet etmişik”.

 

Beyanatda o da vurğulanır ki, DTİHB öz öhdeliklerini icra etmediyi halda, Azerbaycanın ATET-deki Daimi Nümayendeliyi DTİHB-nin aktuallığını yeniden nezerden keçirecek.


Oxunub 227 defe